Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

“Azərbaycan sülhsevər, sabit ölkədir…” – Birinci vitse-prezident

Tarix 28.12.18, 22:07

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün keçirilən ənənəvi bayram şənliyində çıxışı zamanı deyib.

“Yola saldığımız 2018-ci ilə nəzər salsaq görərik ki, ölkəmizin inkişafı yüksək sürətlə davam edir. Bu il bir sıra çox vacib layihələr həyata keçirilib, yeni islahatlara start verilib. Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət sırasına daxil edilib. Bu il biz həm ölkəmizin, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsini qeyd etdik. Bu il, həmçinin növbəti telekommunikasiya peyki “Azerspace-2” orbitə buraxıldı”, – deyə Birinci vitse-prezident qeyd edib.

Mehriban Əliyeva bildirib ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır: “Sosial sahəyə gəldikdə deməliyəm ki, Azərbaycan dövləti sosialyönümlü siyasət aparır. Sosial sahədə olan problemlərin həlli daim Azərbaycan dövlətinin və Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Son iki il ərzində 5000-dən çox məcburi köçkün və qaçqın ailəsi müvəqqəti olaraq yeni evlərlə, yeni mənzillərlə təmin edildi. Məktəblərin, bağçaların tikilməsi, təmiri və ya yenidən qurulması, yeni Olimpiya İdman komplekslərinin inşası davam edir. Bütün bu uğurları, görülən işləri, əldə etdiyimiz nailiyyətləri görərək biz daha da səmərəli işləməyə ruhlanırıq, xalqımıza daha da səmərəli xidmət etməyə hazırıq”.

“Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.

Əziz uşaqlar, əziz valideynlər, əziz dostlar. Mən ümidvaram ki, 2018-ci il sizin üçün uğurlu oldu və sizin xatirənizdə xoş anlarla yaşayacaq. Mən ölkəmizin hər bir uşağına, hər bir balacasına öz hədsiz məhəbbətimi çatdırıram. Əziz müəllimlər, sizin hər birinizə öz dərin minnətdarlığımı çatdırıram. Hər il Heydər Əliyev Fonduna dəstək göstərən və “Buta Palace”da bu şənlikdə iştirak edən və bu bayram ab-havasını yaradan bizim istedadlı sənət adamlarına öz dərin minnətdarlığımı bildirirəm.

Əziz dostlar, sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Qoy, Azərbaycanın səması daim açıq, dinc və aydın olsun! Sizi təbrik edirəm. Çox sağ olun”, – deyə Birinci vitse-prezident vurğulayıb.



Xəbərin oxunma sayı : 244

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda