Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan tezliklə Laçın dəhlizinə nəzarəti tam quracaq” - Deputat

Tarix 19.09.21, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan tezliklə Laçın dəhlizinə nəzarəti tam quracaq”.

Azərbaycan-Rusiya danışıqlarının növbəti mərhələsində Qarabağ nizamlanmasının iki vacib məsələsi praktiki olaraq öz həllini tapıb: SSRİ-nin xəritələri əsasında Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası və delimitasiyası və Zəngəzur dəhlizinin Rusiya və Ermənistan sərhədçilərinin nəzarəti altında açılması. Bu barədə Ermənistanın hraparak.am nəşri məlumat yayıb.

Qeyd olunur ki, dəhliz boyu sərhəd keçid məntəqələri quraşdırılacaq və azərbaycanlılar yoldan istifadə haqqını ödəyəcəklər. Hətta rəqəm adlandırılır - ildə 150 ​​milyon dollar. Azərbaycan sərhədçilərinin nəzarətinə keçən Gorus-Kafan yoluna gəlincə, erməni KİV-lərinin yazdığına görə, Rusiya tərəfi, Tatev-Kafan dolama yolunun tikintisini maliyyələşdirəcəyinə söz verib. Eyni zamanda danışıqlarda "Artsax" anlayışı heç bir formada qeyd olunmur.

Nəşr həmçinin yazır ki, parlamentin müdafiə komissiyasının sədri Andranik Köçəryanın bu məlumatları nə təsdiq nə də təkzib etməyib və qeyd edib ki, "bütün addımların sülh dövrünün qurulmasına gətirib çıxaracaq".

Bu informasiyanı virtualaz.org-a şərh edən Milli Məclisin deputatı Vahid Əhmədov Ermənistanın Zəngəzur yolundan istifadəyə görə Azərbaycandan 150 milyon dollar almaq ümidlərini gülünc adlandırıb.

“Bu, yanlış məlumatdır və bu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin Azərbaycan ərazisindən keçən İran yük maşınlarına hüquqi nəzarət qurması ilə əlaqədardır. İndi də ermənilər öz ictimaiyyətini əmin etmək istəyirlər ki, guya Azərbaycanla Naxçıvan arasındakı tranzitdən milyonlar qazanacağıq", - millət vəkili vurğulayıb.

Əhmədovun qeyd etdiyi kimi, birincisi, Zəngəzur dəhlizinə Ermənistan yox, Rusiya FTX -nin sərhədçiləri nəzarət edəcək, ikincisi, bu yol beynəlxalq istifadədə olacaq, xüsusən də Rusiya, İran və digər ölkələr tərəfindən. Üstəlik, Azərbaycan tezliklə Qarabağ bölgəsinin təhlükəsizliyi üçün vacib olan Laçın dəhlizinə nəzarəti tamamilə bərpa edəcək.

“Ümumiyyətlə demarkasiya və delimitasiyaya gəldikdə, bu prosesin obyektiv şəkildə, yəni SSRİ xəritələrində uyğun aparılması nəzərdə tutulur. Bu, bölgədə sülhün bərqərar olması baxımından çox vacib bir faktorudur. Əlbəttə ki, Zəngəzur yolu eyni vaxtda açılacaq, amma hansısa ödənişlər haqqında bütün söhbətlər, Azərbaycanın Gorusda qanuni bir nizam qurmasından qəzəblənən erməni mediasının uydurmasıdır. Bu yol ikinci Qarabağ müharibəsində azad edilmiş Azərbaycan ərazisindən keçir”, - deyə millət vəkili vurğulayıb. (virtualaz.org)




Xəbərin oxunma sayı : 916




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap