![]() |
|














“Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla heç bir əlaqəsi yoxdur” - Hacı Şahin
Tarix 12.10.21, 18:02 |
|

AzFakt.com Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənlinin "Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Həm Vətən Müharibəsi zamanı, həm də onun ildönümü ərəfəsində şəhid ailələri ilə görüşmüsünüz. Həmin ailələrdə nələri müşahidə edirsiniz?
- 44 günlük müharibə Azərbaycan tarixinin qızıl səhifələrindən biridir. İstənilən müharibədə itkilər olur. Biz bu müharibədən minimum itkilərlə ayrıldıq. Hücuma keçən tərəf olsaq da, düşməndən qat-qat az itki verdik. Bu fikri həmişə demişəm, şəhidlik itki deyil, insanın çata biləcəyi ən ali məqamdır. Hər gün şəhid ailələrini ziyarət edirəm. Onlar özləri də bunu istəyir, çünki mənəvi rahatlıq tapırlar. Düzdür, övlad itkisi çox ağırdır. Amma şəhid ailələrinin gözündə kədərdən çox fərəh, qürur hissi var, "Vətən sağ olsun" deyirlər. Şəhid ailələri ilə mütəmadi görüşlər təşkil olunmalıdır. Şəhidlər gənclərdə vətənpərvərlik duyğusunu aşılayırlar. Birinci Qarabağ müharibəsindəki şəhidlərin qanı 44 günlük Vətən müharibəsində alındı. Çoxları Azərbaycan gəncliyi üçün bədbin düşünürdülər. Elə fikirləşirdilər ki, torpaq unudula bilər. Bizim gəncliyimiz bunun əksini sübut etdi. Bizim qalib gəlməyimizdə inancımızın böyük rolu var. Bu, bizim üçün dini müharibə deyildi. Amma Prezident də Şuşadakı çıxışında qeyd etdi ki, biz həm də dini və mənəvi dəyərlərimizə görə qalib gəldik. Cənab Prezidentin bu ifadəsi özünü səngərlərdə doğrultdu. Biz daim əsgərlərlə olurduq, onlarla söhbətlər edirdik. Bizim əsgərlərimizin Allaha sarsılmaz inancının şahidi olurduq. Şəhid ailələri daim yad edilməlidir. Peyğəmbərimiz də vurğulayırdı ki, şəhidlərə 70 məqam verilir. Adam bilmir ki, şəhid ailəsinə başsağlığı, yoxsa göz aydınlığı versin ki, Vətən uğrunda qurban verməyə məhz bu ailələr layiq ola bildilər.
- Sentyabrın 27-də - Anım günündə müdafiə naziri Zakir Həsənovla yanaşı dayanmağınız, generalların sizdən arxada olmasını əks etdirən fotolar müzakirələrə səbəb olmuşdu, bunda hansısa simvolik məna axtaranlar da var idi. Bu görüntü necə ərsəyə gəldi?
- Biz Anım günü Müdafiə Nazirliyinin təşkil etdiyi görüşə dəvət olunduq. Din xadimlərinin Azərbaycan ordusunun yanında olmasından gözəl mənzərə ola bilməz. Bütün müsəlmanlarda məzarlarda dini ayinlər keçirilir. Qardaş Türkiyədə şəhidlər gətiriləndə dövlət rəsmiləri dini nümayəndələrlə bərabər cənazə namazı qılır. Hətta Ermənistanda da belədir. Biz də nazirlik nümayəndələri ilə bərabər şəhidlərimizi ziyarət edirdik. Biz müharibədən öncə də cəbhə bölgəsində olurduq, əsgərlərlə görüşlərimiz olurdu. Müdafiə Nazirliyi ilə daim əməkdaşlığımız olub.
- Həmin foto ilə cəmiyyətə hansısa mesaj verildi? Çünki bu foto İranda dini kəsimi təmsil edən şəxslərin Azərbaycan əleyhinə çıxışlarının gündəm olduğu zamanda yayımlandı.
- Öndə dayanmağımda mənfi heç bir məqam yox idi. Əgər deyirlərsə, protokol pozulur, orada pozulan heç bir protokol yoxdur. Öndə generallar da dayanmışdı. Biz öz şəhidlərimizi İslamın dini qaydalarına uyğun dəfn etmişik və onların ruhuna fatihə oxuyurduq. Bu, bir dini ayin idi və din xadimlərinin orada iştirakı öncədən nəzərdə tutulmuşdu. Sadəcə Anım günündə Müdafiə Nazirliyinin rəsmiləri də iştirak edirdi. Fotoların və videoların media tərəfindən çəkilməsi çox normal hal idi.
Mən düşünürəm ki, bu, çox qürurvericidir. Dövlət qurumları ilə dini qurumların birgə əməkdaşlığı çox yaxşı haldır. Hesab edirəm ki, burada təəccüblü bir hal da yoxdur. Orada biz Müdafiə Nazirliyi rəsmiləri ilə bərabər şəhidlərimizin ruhuna dualar oxuduq. Düşmənlərimiz dindən istifadə edərək silaha sarılırdılar, cənnət açarları paylayırdılar. Amma biz müharibə vaxtı dindən istifadə etmədik. Din xadimlərimiz Quranın "sizinlə vuruşanlarla vuruşun” tezisini təbliğ edirdilər.
- Son zamanlar İranla Azərbaycan münasibətləri kəskinləşib, həm də İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi Seyid Amulinin Azərbaycan əleyhinə çıxışları olub. Prezident İlham Əliyev də məsələyə sərt reaksiya verib. Bu ərəfədə cəmiyyətin sizdən mövqe bildirmək gözləntisi var idi. Bu günlərdə baş verənlərə necə yanaşırsız?
- Ümumiyyətlə, o məsələ ilə bağlı mənim rəy bildirmək fikrim yox idi. Çünki bu, tamamilə siyasi məsələ idi, lakin xalqın gözləntisini də qarşılamağın lazım olduğunu bilərək bu prosesə bir din xadimi kimi rəy bildirməliyəm. Bu məsələdə fürsətdən istifadə edənlər də oldu, bu məsələ vətənpərvərlik testi kimi təqdim olundu. Mən hesab etmirəm ki, ayrı-ayrı bəyanatlara cavab vermək vətənpərvərlikdir. Bizim vətənpərvərliyimiz həm inancımızdan, həm də dövlətimizə olan bağlılığımızdan irəli gəlir. Mən inanmıram ki, mənim vətənpərvərliyim kiməsə cavab verməməklə ittiham olunsun. Özünüz də bilirsiniz ki, kənar qüvvələr bu tip halları daha da şişirdir. Hətta şəhidlərimizi ziyarət edəndə belə bizə dini ayinlər keçirdiyimizlə bağlı iradlar gəlir. Mən həmişə fəaliyyətim dövründə demişəm ki, Azərbaycan dövlətçiliyi bizim üçün qırmızı xətdir. İranda olan din xadiminin çıxışı ilə bağlı onu da deyim ki, din xadimləri barışdırıcı mövqedə dayanmalıdır. Təhdid xarakterli bəyanatlar yaymaq yanlışdır. Dəfələrlə təmaslarımız olanda mən bildirmişəm ki, işğaldan azad olunan Azərbaycan ərazisinə Azərbaycanın icazəsi olmadan yük maşınlarının gəlməsi Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Dini-nöqteyi nəzərdən də ora icazəsiz getmək yolverilməzdir. Biz fikirlərimizi ifadə etməkdə problem görmürük. Bizim o bəyanatlara dərhal cavab vermək kimi bir vəzifəmiz yoxdur, daha fundamental işlərlə məşğul olmalıyıq ki, dindən sui-istifadənin qarşısını alaq. Münasibətlərin pozulması heç kimin xeyrinə deyil. Təəssüf ki, bəzən mətbuatda, həm də rəsmilərin çıxışlarında kəskin ifadələr olur. Düzdür, nəzərdə tutduğunuz ifadəni din xadimi səsləndirmişdi. Amma İranda din xadimi həm də siyasi vəzifə tutur, siyasi mövqeyi olan bir insandır. Bu məsələlər həssas mövzulardır.
- Ümumiyyətlə, təriqət fərqi olmadan dinə yaxın bəzi şəxslərin ideoloqların təsiri altına düşməsi danılmazdır. Dini rəhbər şəxslərdən biri kimi deyə bilərsinizmi, Azərbaycanda sünni və ya şiə, başqa ölkələrin təsirinə düşən dini şəxslər cəmiyyətin nə qədər qismini təşkil edir?
- İstənilən ölkə ilə münasibətləri məzhəb müstəvisinə keçirməməliyik və bu, çox təhlükəli bir haldır. Məzhəblər arasında mübahisə yaratmaq düzgün deyil. Bəzi radikal qruplaşmalar var idi ki, Suriyada uşaq ölümünə, baş kəsməyə bəraət verənlərin bu zaman dırnaqarası vətənpərvərlikləri tutur və deyirlər ki, şiəlik budur. Hansısa siyasi addımlara görə heç bir məzhəbi səbəb göstərmək olmaz. Ümumiyyətlə, Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla heç bir əlaqəsi yoxdur. Biz daha öncədən peyğəmbər ailəsinə sevgi-sayğı ilə seçilən bir millət olmuşuq. Burada hansısa siyasi çalarlar axtarmağa ehtiyac yoxdur. Həmin vaxtlarda bir nəfər "Təhlükəli dindarlar kimlərdir?” deyə video da hazırladı. Orada da deyirdi ki, İrandakı müştəhidlərə təqlid edirsiniz, sabah onların əmri ilə filan addımlar atacaqsınız. Düşünürəm ki, bunlar şişirdilməz məsələlərdir, təqlid dini mövzuları ehtiva edir. Təbii ki, müasir dövrdə dövlətlərin bir-birinə təsir etmək cəhdləri var, din vasitəsilə siyasi maraqların təbliğ edilməsi halları mövcuddur. Hər bir xalqın vəzifəsi bu təsirləri minimuma endirməkdir. Azərbaycan cəmiyyətində bununla bağlı elə bir təhlükəli vəziyyət yoxdur. Təbii ki, bu halların tam olmadığını da demək mümkün deyil.
Biz də Azərbaycanda bu təhlükənin olmaması üçün çalışırıq və buna görə təhdidlərə məruz qalırıq. Bu yaxında bir yazı çıxmışdı ki, guya mən hansısa səfirlikdə sürücü olub, sonra axund olmuşam. Düzünü deyim, mən avtomobili heç yerindən tərpədə bilmirəm. İndiyə kimi mənim avtomobildən istifadə etdiyimi heç kim görməyib.
Düşünürəm ki, dinin, İslamın təbliğatını düzgün aparmaq üçün ciddi addımlar atmaq lazımdır. Hər İslam ölkəsində təbliğat fərqlidir. Guya həmişə deyirdilər ki, mən İslamın Azərbaycan modelini yaradanlardan biriyəm. Mən bunu qəbul etmirəm, İslam universal dəyərdir. Amma hər bir ölkənin reallıqları nəzərə alınmalıdır. Qonşu dövlətlər də bunu nəzərə almalıdırlar. Hər bir ölkə, məsələn ərəb dövlətləri də öz modelini Azərbaycana sırımağa çalışır, lakin Azərbaycan cəmiyyəti bunu qəbul etməyəcək.
- Azərbaycanın İranla münasibətlərinin hansı istiqamətdə gedəcəyi indidən məlum deyil. Yazıçı-jurnalist Rafiq Tağının məhz illər öncə İranda verilən fətvadan sonra öldürüldüyünü düşünənlər var, hər halda, bunu hüquq-mühafizə orqanları aydınlaşdırır. Bu baxımdan, İranla münasibətlərin kəskinləşəcəyi ehtimalı olarsa və İranın Ali dini rəhbəri Xomenei ölkəmiz əleyhinə fətva verərsə, buradakı dini kəsim buna necə reaksiya verəcək?
- Heç bir zaman mərcəyi təqlidi Rafiq Tağı ilə bağlı fətva verməmişdi. Onu müəyyən dairələr şişirtdilər. Belə bir kəskin fətva yox idi. Bu kimi məsələlər fətvaya əsaslanmır. Biz son dəfə nə zaman eşitmişik ki, kimsə cihad fətvası versin? Mən dəfələrlə demişəm ki, cəmiyyətdə təqdim olunan qədər təhlükə yoxdur. Düzdür, ehtiyatlı, diqqətli olmalıyıq, amma bu mövzuda mən nikbinəm. Düşünürəm ki, zaman keçdikdə siyasi müstəvidə bu münasibətlər həllini tapar. Biz də, Azərbaycan rəsmiləri də dəfələrlə bəyan etmişik ki, ölkədə stabilliyi yaratmalıyıq. Bu, dövlət maraqlarına da uyğundur. Dövlət maraqları zaman-zaman toqquşur, bu məsələlərdə din faktorunun qabardılmasını yanlış hesab edirəm. Azərbaycan cəmiyyəti üçün də qeyd etdiyiniz təhlükəni görmürəm.
Məzhəblərarası sülhün qorunmasını təmin etməliyik. Azərbaycanda həm sünilər, həm də şiələr var, hazırda şiələrin sayı daha çoxdur. Bəzi kənar qüvvələr müdaxilələr edirlər. Heç bir dövlətdə bu cür ifadələr, kəskin məzhəbçi mövzular irəli sürmək düzgün deyil. Mən bir məzhəbi təbliğ etmirəm. Bütün məzhəblərlə sıx münasibətdəyəm. Fəaliyyətimiz kifayət qədər şəffafdır. Məni vətəndaşlar həmişə dini düzgün təbliğ edən insan kimi tanıyıblar. Bunu özümü tərifləmək üçün demirəm. Hansısa tədbirlərdə fotolarımız olur. Nardaran hadisələrində də mən harasa gedəndə danmırdım. Çünki biz cəmiyyətə açıq insan idik.
- Sizin Azərbaycan cəmiyyətində müsbət və böyük nüfuzunuz var. Amma şiə təriqətinə rəhbərlik etdiyiniz üçün İrana, İranın ali dini rəhbərliyinə yaxın şəxs kimi də qələmə verməyə çalışan şəxslər var.
- Mən heç vaxt məzhəb təbliğatı aparmamışam. Bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biri də məzhəblərarası münasibətlərin qorunması olub. Azərbaycanda ənənəvi olaraq sünni və şiələr yaşayıb, şiələrin sayı bir qədər çox olub. Heç bir dövlətdə bir-bir ittiham səsləndirmək düzgün olmazdı. Mən hər zaman deyirəm ki, kəskin məzhəbçi mövqedən uzaq olun. Mənim əhli-sünnə məzhəbinə məxsus olan kifayət qədər dostlarım var. Çıxışlarım barədə mövqe bildirirlər. Mən bir məzhəbi təmsil etmirəm. Azərbaycanın inanclı kəsimi ilə sıx münasibətdəyəm. Bu ittiham mənə yapışmır, bəzən o tərəfdən də mənə deyirlər ki, bu, Azərbaycan dövlətinin adamıdır. Fəaliyyətimiz kifayət qədər şəffafdır. Bu kimi ittihamlar ancaq müəyyən qruplar tərəfindən, bəzən də xaricdən idarə olunan qruplar tərəfindən ortaya atılır. Amma cəmiyyət bunu qəbul etmir. Əksinə, vətəndaşlar mənim haqqımda danışarkən milli-dini dəyərlərimizə bağlı bir insan kimi qiymətləndirirlər. Belə qəbul olunmuşam, mənim üçün də ən önəmli məsələlərdən biridir. Heç vaxt hansısa dairələrin maraqlarını ifadə etməmişəm. Gənclərimizin radikal görüşlərdən uzaqlaşması üçün fəaliyyət göstərmişəm. Buna görə də həmin radikalların hədəfinə tuş gəlmişəm. Hansısa ictimai tədbirdə, toyda kiminləsə bir şəklimiz olur, bunu kompromat kimi istifadə edirlər. Hacı Talehlə bağlı olan fotodan danışıram, o şəkil hansısa məxfi görüşdə çəkilməyib. Nardaran hadisələrində də bundan istifadə edib məni hansısa qrupa aid etməyə çalışırdılar. Mən hesab edirəm ki, mənimlə bağlı olan bu iddialar gülüncdür.
- Dövlət Təhlükəsizliyi Xidməti şəhid məzarları üzərində təxribatçı çıxış edənlərlə bağlı xəbərdarlıq məqsədli açıqlama yaydı. Siz bu çıxışları necə qarşıladınız? Onlar dini yoxsa, siyasi çıxışlar idi?
- İstənilən insan fikrini ifadə etməkdə azaddır. Əsas məqam, qırmızı xətt budur ki, kiminsə dini inancına təcavüz edilməsin. Şəhid məzarlarını bu kimi məsələlərə vasitə etməyi kökündən yanlış hesab edirəm. Bəzi qruplar şəhid məzarları üzərində müxtəlif mənsəb bölgüləri edirlər. Bu, düzgün deyil, şəhid Azərbaycanındır. Mən şəxsən xristian dini inanclı rus milliyyətindən olan şəhidimiz Dmitri Solntsevin dəfnində iştirak etmişəm. Hər bir şəhidimizin, dini inancından asılı olmadan, xristian, yəhudi dinindən olan şəhidlərimizin dəfnində şəxsən iştirak etmişəm. Müxtəlif mənsəblərdən olan şəhidlərimiz var. Şəhidlik bizim üçün birlikdir, vəhdətdir. Şəhid mərasimlərindən istənilən dini, siyasi mövzuların qabardılmasını kökündən yanlış hesab edirəm.
- Bir müddət öncə Şeyx Allahşükür Paşazadəyə qarşı media və sosial şəbəkələrdə tənqidi yazılar yayımlananda digər qrup tezliklə onun istefaya göndəriləcəyini, yerinə isə sizin seçiləcəyinizi iddia edirdi. Bu prosesi, gedişatı necə qarşıladınız?
- İndiyi qədər bu məsələyə önəm vermirdim. Amma indi görürəm bəzən bu fikirlər tirajlanır, çox ciddi və zərərli yanaşmadır. Ona görə də konkret mövqeyimi bildirmək istəyirəm. Əvvəla Qafqaz Müsəlmanlar İdarəsi dini bir qurumdur və sədr ora təyin olunmur, seçilir. Şeyx həzrətləri uzun illərdir oranı çox kifayət qədər uğurlu idarə edir. Mən də idarənin nümayəndəsiyəm, Qazılar Şurasının üzvüyəm. Bu mözvunun qabardılması qeyri-etikdir. Mən bir çox tədbirlərdə Şeyx həzrətlərinin tapşırığı ilə iştirak edirəm. Haqqımda deyilənlər cəfəngiyyatdır, heç bir əsası yoxdur. Şeyx həzrətləri öz vəzifələrini icra edir, Azərbaycanı dünyada təmsil edir. Qafqaz Müsəlmanları İdarəsinin üzvləri tərəfindən ömürlük seçilib. Mənim adımın bu məsələdə hallandırılması kökündən yanlışdır. Hətta xaricdə olan bloqerlər də bu məsələyə qoşuldular, iddia yaydılar ki, guya hansısa plan hazırlanıb. Heç kim din xadimləri arasında olan münasibətlərə bu vasitə ilə xələl gətirə bilməyəcək. Şeyx Həzrətləri ağsaqqal bir insandır, o, vəzifəsini layiqincə icra edir.
- Dünyada, həmçinin Azərbaycanda 10 il öncəki din daha radikal ideologiya kimi xatırlanır. Dini təmsil edən bəzi şəxslərin davranışları, zorakılığı təbliğ edən çıxışları da bu fikrin yaranmasına zəmin yaradırdı. Amma sizin kimi radikalizmdən uzaq ilahiyyatçılar öz çıxışları və hərəkətləri ilə onlara inanan insanlarda təmkinli mövqe formalaşdırdı. Eyni zamanda insanların getdikcə dinlərdən uzaqlaşdığı ilə bağlı proqnozlar yayımlanır. Növbəti illər üçün Azərbaycanda dinin mövqeyini necə görürsünüz?
- Dinlə radikalizm zidd anlayışlardır. Radikalizm insanın özünə məxsus bir xarakterdir. Radikallar millətçi, liberal, ateist və başqa ideologiyaçı da ola bilərlər. Bu gün o qədər var ki, radikal ateistlər. Bu, insanın şəxsi keyfiyyətləridir. Dini radikalizm mövzusu şişirdilmiş məsələdir. Düzdür, özünü dindar hesab edib radikal olan insanlar var, onların necə cinayətlər etdiyini bilirik. Radikallar özlərini İslama aid edə bilirlərsə, biz də məsuliyyət daşıyırıq. Deməli, biz hələ də çatdıra bilməmişik ki, İslam radikallıqla bir araya gələ bilməz. O ki qaldı, dinin aktuallığını itirəcəyi məsələsinə, Sovet dövründə də deyirdilər din gedəcək, inancsızlıq gələcək. Əksinə Sovet dövrü getdi, din daha da inkişaf etdi. Mən hesab etmirəm ki, din zəifləməkdədir. Din aktuallaşıb, insanların mənəviyyata yönəlmə halları artıb. Bir şeyə maraq artanda onun saxta variantları da ortaya çıxır. Dinə tələb çoxaldığı üçün saxta məhsullar din adı ilə təqdim olunur. Mən hesab edirəm ki, perspektivdə dünyanın hər yerində din inkişaf edəcək. Sadəcə biz diqqətli olmalıyıq ki, bu prosesdən hansısa radikal cərəyanlar öz maraqları üçün istifadə etməsin.
Xəbərin oxunma sayı : 691
Müsahibə
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV