Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan yalnız bir şərtlə danışıqlara razı ola bilər...” - Ekspertlər BMT-nın bəyanatı haqda

Tarix 30.09.20, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin Təhlükəsizlik Şurası Ermənistan və Azərbaycan qüvvələrini Dağlıq Qarabağ regionunda döyüşləri dərhal dayandırmağa çağırıb.

Sentyabrın 29-da 15 üzvlük Şuranın yekdilliklə qəbul etdiyi bəyanatda Baş katib Antonio Quterresin çağırışına dəstək ifadə olunub. Baş katib gərginliyi azaltmağa və mənalı danışıqlara qayıtmağa çağırmışdı.

Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xəttində irimiqyaslı hərbi əməliyyatlardan narahatlıq bildirir və gücdən istifadəni pisləyir. 


Politoloq Elxan Şahinoğlu bəyanatı şərh edərkən deyib ki, hazırda əməliyyatlar ancaq iki şərt daxilində dayana bilər: "Bunu Ermənistan hakimiyyəti də, Dağlıq Qarabağdakı separatçılar da qəbul etməlidir.

Birincisi, Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərini tərk edir. Bu, əksini həm də BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə də tapır. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyətə razılaşır. Bunu Ermənistan hakimiyyəti də, Dağlıq Qarabağdakı separatçılar da qəbul etməlidir".

Amma politoloq bu iki şərtin yaxın müddətdə qəbul ediləcəyinə inanmadığını söyləyir. BMT-dəki çağırışlara gəlincə, politoloq hesab edir ki, onlara çox da fikir verilmir.


Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə bunları deyib: "Əgər BMT-nin təklifi belə çox nüfuzludursa, bunu 30 ilə Ermənistana niyə qəbul etdirə bilmədi? 1993-cü ildə işğal edilən Azərbaycan torpaqları ilə bağlı dörd qətnamə qəbul edilib. Üstündən 27 il keçir, hələ də tələblərinə əməl olunmayıb. Ermənistan BMT-nin sözünü eşidib? Ermənistan bu qətnamələrin tələblərini yerinə yetirib?".


Politoloq Zərdüşt Əlizadəyə görə isə, Azərbaycan əməliyyatların dayandırılması barədə təklifə razıdır: "Amma bu şərtlə ki, Ermənistan tərəf substantiv danışıqlara hazır olsun. Dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan döyüş gedə-gedə haradasa görüşə bilərlər. Razılığa gələ bilərlər ki, atəşkəs əldə edildikdən 10 gün sonra Ermənistan ordusu Azərbaycandan çıxır. Azərbaycan yeddi rayonu götürür. Daha sonra Dağlıq Qarabağla bu bölgənin gələcək statusunu müəyyən edir. Azərbaycan tərəfi danışıqlara hazırdır, Ermənistan tərəfi hazır deyil".

"Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini ümumən təqdir edirik".

Bunu isə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: "Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu, ilk növbədə, Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir. Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar. Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür".




Xəbərin oxunma sayı : 289




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap