Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyur” - Mikayıl Cabbarov

Tarix 16.11.21, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə qədəm qoyur”.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin iclasında 2022-ci ilin dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov qarşıda duran vəzifələrdən danışarkən Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini xatırladıb.

Nazir qeyd edib ki, qarşıda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi vəzifələr durur.

Onun sözlərinə görə, ölkənin 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması çərçivəsində növbəti qısamüddətli dövr üçün dövlət büdcəsi zərfinin formalaşdırılması nəzərdə tutulur. 

“Bununla bağlı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır”, - deyə Mikayıl Cabbarov əlavə edib.



Xəbərin oxunma sayı : 856




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap