Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycana gedən qətərli turistlər böyük təəssüratla qayıdırlar”

Tarix 14.04.18, 1:12

Font ölçüsü : - / +
bitmap-img6


Səfir Rəşad İsmayılov etimadnaməsini Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Taniyə təqdim edib

AzNews.az Azərbaycanın Qətərdəki səfirliyinə istinadən xəbər verir ki, R.İsmayılov ona tapşırılmış məsuliyyətli vəzifəyə uyğun olaraq Azərbaycan-Qətər əməkdaşlığının yüksələn xətlə inkişafı üçün çalışacağını bildirib.

Səfir son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu vurğulayıb.

R. İsmayılov həmçinin Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Şeyx Abdullah bin Həməd Al Tani isə İ. Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib. O, Azərbaycan-Qətər münasibətlərinin xüsusilə son illər ərzində yüksələn xətt üzrə inkişafının əhəmiyyətindən danışaraq, mövcud əlaqələri daha yüksək səviyyəyə çatdırmaqda maraqlı olduqlarını bildirib. Azərbaycana gedən qətərli turistlərin Azərbaycandan böyük təəssüratla qayıtdığını bildirən Şeyx Abdullah bin Həməd Al Tani ölkəmiz haqqında xoş sözlər eşitməkdən məmnun olduqlarını və Azərbaycana daha çox qətərli turistin gedəcəyinə inandıqlarını deyib.



Xəbərin oxunma sayı : 439




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap