Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır” - Nazir müavini

Tarix 01.02.23, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır”.

“Trend”in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.

Nazir müavini bildirib ki, ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və güzəştli kredit mexanizmləri mövcuddur.

“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Prezidentin müvafiq fərmanına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə 2023-cü ildən başlayaraq beş il müddətində əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da tətbiq edilir.

Eyni zamanda, hər il Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin müəyyən edilməsi və buğdanın orta idxal statistik göstəricisi həmin qiymətdən aşağı olduğu hallarda aradakı fərqin istehsalçıya kompensasiya edilməsi məqsədilə Aqrar Subsidiya Şurası tərəfindən məhsul subsidiyasının əmsalının yenilənməsi nəzərdə tutulur. Bu da nəticədə ən strateji məhsullardan hesab olunan ərzaqlıq buğda istehsalçılarını bazardakı qiymət volatilliyi ilə bağlı yaranan risklərdən qoruyaraq, həmçinin xərclərin bir hissəsini subsidiyalaşdırmaqla həmin məhsulun istehsalına təşviq edərək ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəldəcək, idxaldan asılılığı azaldacaq”.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap