Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycanda hücumçu görmürəm“ - İsgəndər Cavadov

Tarix 19.11.18, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu  turunda Kosovo ilə oyun üçün Priştinaya yollanan heyətdə yer alan AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov jurnalistlərin suallarını cavablandırıb.


- Azərbaycan millisinin qarşıda həlledici oyunu gəlir. Hansı gözləntiləriniz var?

- Bildiyiniz kimi, vacib bir qarşılaşmadır. Qrupda bir oyun qalıb və 1-ci yeri tutmaq üçün mütləq qələbə qazanmalıyıq. Futbolçularımız bütün gücü, ustalığı bu oyunda qoymalı və qalib gəlməlidirlər. Başqa yolumuz yoxdur. Futbolçulara indidən artıq bir söz demək istəmirəm. Belə baxanda, son oyunda bir az da artım olmalıdır.
 
- Millimizdə cüt oyunlarda bir məqam diqqət çəkir - ilk görüşdə uğurlu olurlar, ikincidə büdrəmə yaşanır. Hardasa fiziki yoğrunluq sezilir. Bunu nə ilə əlaqələndirərdiniz?

- Fiziki yoğrunluğu başa düşmürəm. Bütün Avropada 3 gündən bir oyun oynayır və biz də bu rejimə uyğunlaşmalıyıq. Futbolçuların hazırlaşmağa vaxtı var. Onlar üçün bütün şərait yaradılır ki, dincəlsinlər və oynasınlar. 
 
- Kosovonu nəyin sayəsində keçmək mümkündür?

- Bu rəqibləri keçməliyik. Bunlar Avropanın ən zəif yığmalarıdır. Ümumiyyətlə, bizim liqada ən zəif qrup bizdədir.  
 
- Düşünmürüsünüz ki, bu amil milli üzərində təzyiq yaradır?

- Futbolçuların özlərindən asılıdır. Elə fikirləşmək lazım deyil ki, bu amil təzyiq yarada bilər. Ancaq belə baxanda, Kosovodan üstün olmalıyıq. Onlar yeni yaranmış yığmdar, biz isə neçə ildir müstəqilik və beynəlxalq turnirlərdə iştirak edirik.
 
- Kamran Ağayev Kosovoyla matçda olmayacaq. Beş oyunun hamısında qapını onun qoruması futbolçulara, yaxud "çərçivə”də yer alacaq Səlahət Ağayevə psixoloji təzyiq göstərə bilərmi?

- Ola bilər. Kamran həm də komandanın kapitanıdır. Klubunda da bu funksiyanı yerinə yetirir. Azərbaycanda tanınmış qapıçıdır. Futbolçular, məşqçilər ona inanırdılar. Müdafiəçilərlə neçə illərdir birgə çıxış edir. Nəticədə, bir-birinə arxayındırlar. Düzdür, Kamranın olmamağı bir az 

- Hər halda, Səlahətin də təcrübəsi var...

- Kamranın yerində yaxşı çıxış etməsi üçün ona uğurlar arzulayıram.
 
- Hücumçularla bağlı nə düşünürüsünüz? Ölkənin ən tanınmış hücumçularından olmusunuz. Farer adaları ilə qarşılaşmanın 78-ci dəqiqəsində Rüfət Dadaşov yerini Mirabdulla Abbasova verdi. Hansı daha yaxşı təsir bağışladı?

- Bu günə kimi Azərbaycanda hücumçu görmürəm. Onlar hücumçu olmağa doğru gedirlər. Olacaqlar-olmayacaqlar, bu, gələcəyin işidir. Təmiz, gözəl hücumçu bizdə yoxdur. Ona görə də bizdə ön xətdə problem var.
 
- Malta Azərbaycanla oyunlarda bütün gücünü qoydu, 2 xal aldı. Ancaq Kosovoyla 2  görüşdə uduzaraq 8 qol buraxdı. Düşünmürüsünüz ki, Kosovo və ya kimlərsə tərəfindən onlar üçün stimullaşdırma olub?

- Özüm bir sabiq futbolçu kimi hesab edirəm ki, hər komandaya qarşı hörmətlə yanaşmaq lazımdır. Zəifdir, sən ondan güclüsən - belə şeylərə baxmamalıdırlar. Oyuna çıxmalısan, zəifi də, güclü komandanı da udmalısan. Sən də rəqib zəifdirsə, işini görüb sonra yavaş-yavaş oynaya bilərsən. Ancaq rəqiblər gəlib görəndə güclü komandalardır, həvəsə gəlirlər, oynamaq istəyirlər. Hamısı çalışır ki, öz ölkəsini layiqincə təmsil etsin. Buna görə də futbolda hörmətsizlik etmək olmaz. Harda hörmətsizlik elədin, orda problem yaranır. 
 
- Yəni, demək istəyirsiniz ki, Kosovo Maltaya qarşı daha ciddi yanaşdığından belə inamla qalib gəldi?

- Onu demək istəyirəm ki, meydana çıxanda fikiləşmə ki, ondan güclüyəm, 4-5 qol vuracağam. Futbolçuların beynindən bu keçməməlidir. Məsələn, Almaniya bizimlə matçda ilk hissədə bir az oynamadı, nəticədə fasiləyə 1:1 hesabı ilə  yollandıq.  Biz qol vurandan sonra ayıldılar, fikirləşdilər ki, bunlarla zarafat etmək olmaz, komanda oynayır. İndi Azərbaycan futbolu nisbətən qalxıb, biz də artıq öz sözümüzü deməyə başlayırıq. Buna görə hər şeyi fikirləşməliyik, heç kimə hörmətsizlik etmək lazım deyil. Zəifdirsə, çıxıb udmalıyıq. Bizdən kimsə güclüdürsə, bizə qarşı hörmətlə yanaşmalıdır.(Report.az)



Xəbərin oxunma sayı : 193




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap