“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır“ - İlham Əliyev

Tarix 12.08.22, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində Basqal qəsəbəsində 179 otaqdan ibarət “Basqal Resort & Spa” otelinin açılışının bölgədə turizmin inkişafı baxımından önəmindən bəhs edib.

AzFakt.com xəbər verir ki, “Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”, - deyən Azərbaycan Prezidenti bildirib ki, belə obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqal otelində 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

“Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına təkan verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır. İş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində iş yerlərinin yaradılmasına, iş yerlərinin artırılmasına böyük dəstək olur”, - deyə dövlətimizin başçısı bildirib.



Xəbərin oxunma sayı : 793




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap