Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycanda indiyədək 2 milyard tondan çox neft hasil edilib”- Rövnəq Abdullayev

Tarix 10.12.19, 12:44

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda indiyədək sənaye üsulu ilə 2 mlrd. tondan çox neft və 900 mlrd.  kubmetrə yaxın təbii qaz hasil edilib”.

“APA-Economics”in məlumatına görə, bunu “Baker Hughes” şirkəti tərəfindən təşkil edilmiş “Energy Forward” adlı tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu gün işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqların sırasına yüz illərlə tarixə malik “Bibiheybət”, “Balaxanı”, “Suraxanı” kimi yataqlar var.

“Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq, hələ də məhsuldar laylara malikdir, bunlar aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır”, – deyə R.Abdullayev qeyd edib.

R.Abdullayev onu da əlavə edib ki, bura ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən dayazsulu və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng “Neft Daşları”, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.

“Təsəvvür edin ki, Azərbaycanda 2 mlrd. tondan çox neft hasil edilib. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük bir rəqəmdir. Ancaq eyni zamanda bu o deməkdir ki, əgər biz hazırda çıxarılabilən neftin, misal üçün, 50%-ni hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 mlrd. ton neft ehtiyatı mövcuddur”, – deyə R. Abdullayev bildirib.

O həmçinin əlavə edib ki, sənaye erasının bizə verdiyi misilsiz fürsətlər daha faydalı nəticələr almaq üçün yeni alətlər və yeni yanaşmalar yaradılmasını tələb edir.



Xəbərin oxunma sayı : 772




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap