Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycanda islahatlar istiqamətində addımları alqışlayırıq” – Tramp İlham Əliyevi təbrik edib

Tarix 25.05.19, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.”Report”un məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

28 May – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur.

Dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Sizin liderliyinizi dəyərləndirirəm. Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayırıq. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli istiqamətində ATƏT-in Minsk qrupu prosesində Sizin şəxsi iştirakınızı təqdir edirik.

Tərəfdaşlığımızın gələcək illərdə də inkişaf etməsini səmimiyyətlə arzulayıram. Xahiş edirəm bu əlamətdar ildönümü münasibətilə bir daha təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.




Xəbərin oxunma sayı : 736




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap