Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycanda pulu olan adam korrupsioner kimi təqdim olunur“ - Hadi Rəcəbli

Tarix 18.07.19, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


"Rokfellerə sual edirlər ki, sən necə milyarder oldun? Dedi ki, mənə birinci milyonu necə əldə etdiyim barədə sual verməyin, qalan milyonlarım haqqında danışacağam. Digər tərəfdən, ABŞ-ın kapitalı 1929-cu ildə qanqsterlərin pulu üzərində quruldu. Dünya onu keçdi. Yaxud hamımıza tanış olan “Ozalın özəl proqramı”na baxın. Bodrumun, Antalyanın, ümumiyyətlə, Türkiyə iqtisadiyyatının köklü surətdə dəyişməsinin əsasında nə dururdu?  Turqut Ozal elan etdi: dünyada yaşayan türklər, həmçinin ölkədəkilər, kim istəyirsə ölkədaxili istehsala yatırım gətirib ayırır, onların qoyduğu vəsaitə rəsmi amnistiya verilir, o vəsaitin heç bir sorğusunu aparmırlar, qeydiyyata alırlar, soruşmurlar ki, bu vəsaiti haradan, necə gətirmisən? Bax, dünyada belə təcrübə var". 

AzFakt.com xəbər verir ki, bu fikirləri “Yeni Müsavat”a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib. 

Komitə sədri deyib ki,bu,  Azərbaycanda da ola bilər:

"Amma bütün hallarda bu gün Azərbaycanda nə pisdir, mən nəyə təəssüf edirəm? Azərbaycanda nə mətbuat, nə bələdiyyələr, nə QHT-lər cəmiyyətə pullu adamın heç halal gəlirlərini belə təbliğ etmirlər. Cəmiyyətdə pullu adam obrazı düşmən obrazı kimi formalaşdırılır. Pulu olan adam korrupsioner kimi təqdim olunur. İmkanı olan adama mütləq pis gözlə baxılır. Sual vermək lazımdır: o imkanı necə əldə edib? Kimi deyirsinizsə, soruşaq, görək o pulu necə qazanıb? Korrupsionerlər isə məntiqi olaraq ölkə qanunlarına uyğun olaraq cəzalanmalıdır, günahlarına görə cəzalanmalıdır".



Xəbərin oxunma sayı : 352




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap