Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycanla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə önəm veririk“ - Ərdoğan

Tarix 04.06.22, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


"Hər sahədə olduğu kimi, enerji sahəsində də can Azərbaycanla əməkdaşlığımız ölkələrimiz və bölgələrimiz üçün strateji əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 4-də Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyanın iştirakçılarına ünvanladığı məktubda öz əksini tapıb.

"Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP kimi meqa infrastruktur layihələrini həyata keçirməklə yerli və qlobal enerji təhlükəsizliyinə həyati töhfələr verdik. Hazırda onurğa sütunu TANAP olan Cənub Qaz Dəhlizi Avropanın dördüncü təbii qaz arteriyası mövqeyindədir. Bu günədək Cənub Qaz Dəhlizi üzərindən Türkiyəyə 15 milyard kubmetr, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr təbii qaz ötürülüb. Qardaşım İlham Əliyevlə birlikdə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz Şuşa Bəyənnaməsində də vurğuladığımız üzrə Cənub Qaz Dəhlizinin həcminin artırılmasına önəm veririk", - deyə məktubda qeyd olunub.

"Beynəlxalq plandakı mövcud irəliləyişlər atdığımız addımların nə qədər dəqiq olduğunu göstərir. Türkiyə-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyi üçün daşıdığı həyati önəm artıq daha yaxşı başa düşülür. Qardaşım İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bərpa olunan enerji sahəsində ortaya qoyduğu baxış regional sabitlik və rifah baxımından yol göstəricisi olur. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji bölgəsi" elan edilməsi son dərəcə dəqiq addımdır. Enerji və enerji təhlükəsizliyinin əhəmiyyətinin getdikcə artdığı bir dövrdə tərtib edilən Bakı Enerji Həftəsinin uğrunun davamını arzulayır, bütün iştirakçıları səmimi qəlbdən salamlayıram", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.

Qeyd edək ki, məktubu Rəcəb Tayyib Ərdoğanın adından Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı oxuyub.



Xəbərin oxunma sayı : 1171




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap