“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir“ - NATO Baş katibinin köməkçisi

Tarix 07.11.25, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla tərəfdaşlıq və dialoq müsbət inkişaf edir.

APA xəbər verir ki, bu barədə NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisi Boris Ruge Təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı paylaşımında bildirib.

Boris Ruge qeyd edib ki, NATO və Azərbaycan arasında tərəfdaşlıq və dialoqun bu qədər müsbət inkişaf etdiyini görməkdən məmnundur.

Xatırladaq ki, NATO nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.



Xəbərin oxunma sayı : 805




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap