Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Azercell” müştərilərinə tələ qurur - Aldadıb 60 manatlıq tarifə qoşur

Tarix 10.04.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


“Azercell” abunəçisini aldadaraq onu 60 manatlıq tarifə qoşub. 

Bizimesr.az bildirir ki, bu barədə şikayətçi Aqil Quliyev bildirib. Aqil Quliyev yazır ki, bir neçə ay əvvəl nömrəmi başqa operatora daşımaq istədiyi vaxt ona daha sərfəli şərtlərlə başqa tarif təklif olunub: "Həmin təklifi qəbul etdim. Ötən ay SMS vasitəsilə daha sərfəli olduğu bildirilən yeni tarif təklifi göndərildi. İlk mesajda tarifin növbəti aylarda 60 manata başa gələcəyi qeyd edilməyib".

Şikayətçi qeyd edib ki, sonradan göndərilən SMS-də tarifin növbəti aylarda 60 manat olacağı göstərilib: “İlk mesajda tarifin növbəti aylarda qiymətinin 60 manat olacağı barədə məlumat qeyd olunmamışdı və mən də qəbul etdim. Paket aktiv olunandan sonra gələn SMS-də sonda qeyd olunub ki, növbəti aylarda 60 manat olacaq”.

Açıklama yok.

Şikayətçi hesab edir ki, bu cür təqdimat müştərinin yanlış yönləndirilməsinə səbəb olur: “Bu nə dərəcə düzgündür? Mən əvvəlki sərf edən paketimdən məcbur çıxarıldım. Ya 60 manat ödəməliyəm, ya da sərf eləməyən başqa paketlərə keçməliyəm”.

Vətəndaş iddia edir ki, əgər tarifin sonrakı aylarda 60 manat olacağı ilk SMS-də açıq şəkildə göstərilsəydi, həmin təklifi qəbul etməzdi: “60 manat məsələsi ilk SMS-də göndərilsə idi, mən qəbul etməyəcəkdim. Müştəriləri aldatmaq sayılır bu məsələ”.

Paylaşıma əlavə edilən ekran görüntülərində istifadəçiyə ilkin olaraq endirimli tarif təklif edildiyi, daha sonra isə növbəti yenilənmə qiymətinin 60 AZN olacağı barədə məlumat verildiyi görünür.

Məsələ ilə bağlı Azercell-in mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.






Xəbərin oxunma sayı : 1189




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap