Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərenerji” ASC-də kütləvi ixtisarlar? – “Baba Rzayev bizi çörəksiz qoydu…”

Tarix 17.01.19, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Son bir ay ərzində “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən hərbiləşdirilmiş mühafizə dəstəsinin işçiləri kütləvi şəkildə işdən çıxarılır. İşdən çıxarılanların şikayətləri sosial şəbəkələrdə və bəzi internet KİV-lərində yer alıb

Şikayətlərdə deyilir ki, “Azərenerji” ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə heç bir tutarlı səbəb olmadan hərbiləşdirilmiş mühafizə dəstəsinin 60-a yaxın işçisi işdən çıxarılıb. Onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif edilir, bildirilir ki, könüllü ərizə yazmayanlara heç bir ödəniş edilməyəcək. İşdən çıxarılma prosesinin davam etdiyi bildirilir.

İşdən çıxarılanlar Azəbaycan prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. Şikayətçilər bildirilər ki, “Azərenerji” ASC-nin yeni rəhbərliyi onların ailələrini ac qoyub.


İşdən çıxarılanlar deyirlər ki, mühafizəçilərin ixtisarını həmin strateji obyektlərin ətrafına qoruyucu hasarların çəkilməsi və bütün perimetr boyu videomüşahidə kameralarının qoyulması ilə izah edirlər. Əslində isə heç bir hasar və videomüşahidə sistemləri yoxdur.

Xatırladaq ki, “Azərenerji” ASC-nin rəhbəri dəyişdiriləndən sonra bu səhmdar cəmiyyətin qarşısında ölkənin elektrik enerjisi infrastrukturunda yeni qəzaların baş verməsinin qarşısını almaq üçün modernizasiya işləri aparmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev bu məqsədlə ASC-yə bir neçə dəfə iri məbləğlərdə vəsaitlər ayırıb.

Hələlik isə yenidənqurma, modernizasiya işlərinin “Azərenerji” ASC-nin baş ofisindən başladığı, orada lüks təmir getdiyi, bütün mebellərin yeniləndiyi bildirilir. (virtualaz.org)




Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap