Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Azərişıq” ASC-nin Tədris Mərkəzi daha bir universitetlə müqavilə bağladı

Tarix 23.02.17, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün fevralın 23-d “Azərişıq” ASC-nin Tədris Mərkəzi ilə respublikanın elektroenergetika ixtisası üzrə kadr hazırlayan daha bir ali təhsil müəssisəsi - Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti bildirir

İmzalanma mərasimində hər iki tərəfdən səlahiyyətli şəxslər və professor-müəllim heyəti iştirak ediblər. İmza mərasimindən öncə erməni vandalizmin törətdiyi Xocalı faciəsində həlak olan soydaşlarımızın xatirəsi ehtiram sükütu ilə yad edilib.

Tədris Mərkəzinin direktoru Vüqar Əliyev çıxış edərək Sumqayıt Dövlət Universiteti ilə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını və bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün lazimi tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Tədris Mərkəzinin dünyanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş müasir laboratoriyalara və beynəlxalq standartlara cavab verən tədris metodikasına malik olduğunu qeyd edərək, bu əməkdaşlığın Sumqayıt Dövlət Universitetinin tələbələri üçün geniş imkanlar açacağını bildirib.

Bu əməkdaşlıqda əsas məqsəd “Azərişıq” ASC-nin maddi-texniki bazasından, müasir tədris və istehsalat laboratoriyalarından təhsil alan tələbələrin yararlanmasını təmin etmək, xüsusi ilə elektroenergetika sahəsində gələcək çağırışlara və real inkişafa cavab verəcək elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq, həmçinin Sumqayıt Dövlət Universitetinin elmi potensialını stimullaşdırmaqdan ibarətdir.

Əməkdaşlıq istiamətləri aşağıdakılardan ibarətdir:

1. Qarşılqlı əməkdaşlıq şəraitində hər iki tərəfin elmi-texniki və tədris bazalarından istifadə.

2. Uyğun ixtisaslar üzrə bakalavrlat səviyyəsində təhsil alanların istehsalat təcrübələrinin, uyğun ixtisaslaşmalar üzrə isə magistrantların elmi-tədqiqat təcrübələrinin təşkili.

3. “Azərişıq” ASC-nin cari və perspektiv inkişaf məsələlərinə həsr olunmuş mövzularda buraxılış işlərinin və magistr dissertasiyalarının müştərək rəhbərliklə hazırlanması.

4. Təhsil alanlar üçün kursların təşkil olunması, müvafiq sertifikatlaşmanın təmin edilməsi və “Azərişıq” ASC-də işlə təmin olunması.

5. SDU-nun professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün “Azərişıq” ASC-nin laboratoriyalarında müvafiq şəraitin yaradılması.

6. ”Azərişıq”ASC-nin istehsalat və digər sahələrdə elmi-texniki məsələlərin həllində tərəflərin birgə iştirakı.

7. SDU-nun doktorant və dissertantlarının elmi-tədqiqat işlərinin “Azərişıq” ASC üçün aktuallıq kəsb edən mövzulara həsr olunmasının təşkili.

8. Yeni ixtisaslar üçün nəzərdə tutulan texniki ədəbiyyatın birgə hazırlanması.

9. SDU-nun beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrində “Azərişıq” ASC-nin tərəfdaş kimi iştirak etməsi.

10.SDU-nun əməkdaşlarının “Azərişıq” ASC-nin Tədris Mərkəzində kadr hazırlığına cəlb edilməsi.

11. ”Azərişıq”ASC-nin mütəxəssisləri tərəfindən universitet tələbələri üçün seçmə mühazirələrin təşkili.

12. SDU-nun professor-müəllim heyətinin ”Azərişıq”ASC-nin Tədris Mərkəzində məsləhətçi qismində iş prosesinə cəlb edilməsi.

13. Müxtəlif səviyyəli birgə seminar və konfransların təşkili.

14. Birgə layihələrin işlənməsi, hazırlanması və istehsalata tətbiqi.

15. Beynəlxalq və respublika miqyaslı elmi-texniki sərgilərdə birgə iştrak etmək.

İmzalanma mərasimindən sonra Sumqayıt Dövlət Universitetinin rektoru və professer-müəllim heyəti Tədris Mərkəzinin təcrübə bölmələri ilə yaxından tanış olublar. Tədris Mərkəzinin müəllimləri təcrübə bölmələrində yerləşdirilən müasir elektrik avadanlıqları və cihazları haqda qonaqlara ətraflı məlumat veriblər. Eyni zamanda qonaqlar Tədris Mərkəzində istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşdülər və istehsalat təcrübəsinin gedişini izləyiblər.

Qeyd etmək olar ki, mövcud kadr potensialının günün tələblərinə uyğun təkmilləşdirilməsi və yeni gənc kadrların müasir səviyyədə hazırlanması “Azərişıq” ASC Tədris Mərkəzinin başlıca prioritetidir. Bu məqsədlə Mərkəzdə kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi üçün müasir dövrün tələblərinə cavab verən, elektroenergetika sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş tədris bazası formalaşdırılıb.

Tədris Mərkəzində tədris prosesi inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl tədris texnologiyası olan dual tədris metodikası əsasında - tədrisin təhsil müəssisəsində istehsalat fəaliyyəti ilə birgə aparılması prinsipinə əsaslanır. Dual sistem üzrə tələbə, təhsil müddətinin 70%-ni praktiki vərdişlər, əldə etmək üçün təcrübəli mütəxəssis nəzarəti altında müəssisədə, 30%-nı isə nəzəri biliklər əsasında keçirlər.

“Azərişıq” ASC-nin mətbuat xidməti



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap