Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir (VİDEO)

Tarix 11.08.22, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalanda 12 binalı yaşayış kompleksinin sakinlərinin problemindən danışacağıq indi. Yığılan külli miqdarda borca görə binalara su vuran nasosların  elektrik enerjisi dayandırılıb. Yəni 1026 mənzilin suyu kəsilib. Sakinlər işıq pulunu ödədiyini deyirlər. Bəs bu borc? Söhbət 100 min manatdan artıq məbləğdən gedir. Kimə aiddir? Kim ödəməlidir borcu. Araşdırmağa çalışmışıq.  Belə anlaşılır ki, məsələ açıq qaldı. Borcu kim ödəməlidir, araşdırılacaq. Çox uzun sürməz bu araşdırma ümid edək. 

Yolu bağladılar, yalnız polis əməkdaşları gəldikdən sonra  açdılar. Xırdalanda sakinlərin narazılığına səbəb elektrik enerjisinin borcuna görə su nasoslarının dayandırılmasıdır.
Yəni 1026 mənzilli yaşayış kompleksinin sakinlari yayın bu günü susuz qalıb.

Abşeron rayon Xırdalan şəhəri, Mehdi Hüseyzadə küçəsi, 26-cı məhəllədə, AAAF Park yaşayış kompleksinin özəl şirkətlərin biri ilə müqavilə əsasında tikib istifadəyə verdiyi yaşayış binalarında mənzillərə verilən su  dayandırılıb. sakinlərin sözlərinə görə, AAAF Park yaşayış kompleksinin tərkibində 12 mərtəbəli 12 yaşayış binası var. Bu binaların  7-i "Azərişıq"ın, digər 5-i isə AAAF parkın balansındadır. Göndərilən bildirişdə göstərilir ki,  MTK -nın hazırda "Azırişıq"a 101 min manat borcu var. Borcun ödənməməsi səbəbilə sayğaca verilən elektrik enerjisi kəsilib. Su nasosları bütün binalar üçün eyni olduğundan bütün binanın su təhcizatı dayanıb.

Sakinlərin sözlərinə görə, onlar illərdir bütün öhdəlikləri tam yerinə yetirirlər, işıq pulunu hər ay ödəyirlər. Lakin binaya verilən suyun dayandırılması zamanı öyrəniblər ki, sən demə MTK-nın Azərişığa küllü miqdarda borcu yaranıb.

Azərişıq ASC- dən bildirildi ki, AAAF parkın küllü miqdarda borcu yaranıb. Azərişıq MTK ilə hesablaşmanı baş sayğacla həyata keçirir. AAAF isə bu sayğacdan keçən elektrik enerjisini su nasosu, lift və obyektlərə paylayır. Amma "Azərişıq"a yaranan borcu ödəməkdən yayınır. Yaranan borc məsələsinə görə adı çəkilən şirkətə  dəfələrlə xəbərdarlıq da edilib. Ödəniş olunmadığına görə, su nasosunun elektrik enerjisi kəsilib.

 AAAF Park yaşayış kompleksinin direktoru Camal Rəcəbovla da məsələnin araşdırıldığını dedi.

Qurumlar bir birini ittiham edir,nəticədə isə sakinlər əziyyət çəkirlər. Elektrik enerjisi borcunun kimə, hansı quruma aid olduğu ortaya çıxmasa, ödənməsə sakinlər hələ çox susuz qalacaq.






Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap