Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azəriqaz” sayğacların qiymətini qaldırdı - Səbəb

Tarix 23.10.18, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana xaricdən gətirilən smartkart tipli qaz sayağaclarının qiyməti bahalaşıb.

AzFakt.com xəbər verir ki, bu barədə unikal.org-a "Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlamasında bildirib ki, sayğaclar xarici valyuta ilə alındığına görə qiymətlər məzənnəyə görə dəyişir:

"Hazırda "İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 244 manat 14 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir”.

Mexaniki sayğacların alışında qiymət artımı olmasa da, bu ilin əvvəlki ayları ilə müqayisədə hazırda G4 smartkart tipli sayağacların qiymətində 24 manat 40 qəpik artım qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar ayında G4 smartkart tipli sayağacların qiyməti 220 manat 54 qəpik idi.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap