Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərsu“ faktla üz-üzə - 26 milyon manat necə oldu?

Tarix 15.06.17, 5:30

Font ölçüsü : - / +
bitmap-img6


İyunun 10-da Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 119 uşağın zəhərlənməsi ilə bağlı məlumat yayıldı. 

Bu açıqlamanı isə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev vermişdi. 

O, 119 uşaqda zəhərlənmə ehtimalının olması ilə bağlı xəstəxanaya müraciət edildiyini açıqladı.  

Yayılan məlumatlarda bildirilirdi ki, uşaqların içməli sudan zəhərlənib. Belə ki, Ceyranbatan su anbarında təmizlənmə işləri aparmadığından evlərə çirkli su verilib. 

Amma bu məlumatdan sonra "Azərsu” ASC açıqlama verərək bəyan edib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.   

Səhiyyə Nazirliyinin rəsmi açıqlaması isə "Azərsu" ASC-ni fakt qarşısında qoyub. Nazirliyin açıqlamasına görə uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə "Rotavirus” infeksiyası aşkar edilib.  

Nazirliyin açıqlamasında bildirlirdi ki, yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. 

"Bundan dərs çıxarmaq lazımdır"



Deputat Fazil Mustafa Toplum.Tv-yə açıqlamasında deyir ki, bu məsələnin mahiyyəti və mənbəyi dəqiqləşdirilməlidir: "Rəsmi mənbələrə inanmaq məcburiyətindəyik. Hesab edirəm ki, proflaktik tədbirlər gücləndirilməlidir. Xüsusən də uşaqlarla bağlı. Yemək, qida məsələlərinə yay vaxtı diqqət yetirmək lazımdır. Çalışmalıyıq ki, bu məsələdə uşaqların ambulator müalicəsi operativ təşkil olunsun. Bütün hallarda üzücü hadisədir. Bundan dərs çıxarmaq lazımdır”.

"Anbardakı suyu təmizləməyiblər"

Image result for Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, ümumiyyətlə, ölkədə istehlakçı hüquqları sahəsində böyük problem var: 

"Bütün bunların səbəbini qanunvericilikdə axtarmaq lazımdır. Ümumiyyətlə, qidanın təhlükəsizliyi haqqında ölkədə qanun yoxdur. Mövcud olan qanunları yerinə yetirən dövlət orqanlarının fəaliyyətsizliyi görünür. Belə məsələlərdə gərək hər şey aydın olaydı. Mən 20 ildən artıqdır ki, istehlakçı hüquqlarını qoruyuram, amma bir dəfə də olsun kütləvi istehsalat malından zəhərlənmə barədə Səhiyyə Nazirliyi heç bir məlumat verməyib. Bu məsələyə gəldikdə isə Ümumdünya Su Konqresinin iştirakçısı olaraq deyə bilərəm ki, "Azərsu" suyu normal standartlara uyğun təmizləyir. Lakin su infrastrukturu o qədər köhnədir ki, krantlardan palçıqlı su gəlir. Bunlar qəzalar nəticəsində kənar suların içməli sulara qarışması nəticəsində baş verir. Ciddi problem  də su anbarlarının təmizlənməməsi məsələsidir. Yeni tikilən binaların da öz su anbarları var və vaxtında təmizlənmir. Hətta orada həşərat ölüləri var. Düşünürəm ki, bu hadisənin səbəbi də su anbarlarındakı suyun təmizlənməməsindən qaynaqlanır”.

"O şəxslər tapılıb mükafatlandırılmalıdır"



Hüquqşünas Ələsgər Məmmədli hesab edir ki, hökumətin bu problemi önləmək üçün heç bir planı yoxdur: 

"Bu hadisə ciddi şəkildə göstərdi ki, hökumətin bununla bağlı "B" planı yoxdur. Heç "A" planı da olmayıb. Vətəndaşları narahat edən odur ki, azyaşlı uşaqların kütləvi zəhərlənməsinə baxmayaraq, aradan xeyli müddət keçsə də, cəmiyyəti bilgiləndirən doğru, dürüst informasiyalar verilməyib. "İnformasiya əldə etmək haqqında" Qanunda hökumətin öhtəliyidir ki, əhalinin sağlamlığının qorunması ilə bağlı problem baş veribsə, dərhal, mümkün olmadıqda 48 saat müddətində ətraflı araşdırma edərək cavab versin. İndiki halda, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Səhiyyə Nazirliyindən bir açıqlama daxil oldu ki, zəhərlənmələrin mənbəyi su imiş. Eyni zamanda "Azərsu" bunu özünün problemi kimi göstərməmək üçün bundan imtina edir. Beləliklə, ikili yanaşma yaranıb. Gerçəyin harada olması ilə bağlı vətəndaşlar hələ də tərəddüd etməkdədirlər. Konkret problemin harada olduğu məlum olarsa, insanları problemdən qorumaq, həmin prossesdən çəkindirmək olar. Əslində, maariflənmənin, ictimai bilgiləndirilmənin, informasiyalaşmanın da birinci səbəbi budur. İndiki halda hələ də konkret olaraq doğru təsbit qoyulmayıb ki, insanlar krantdan gələn sudanmı zəhərləniblər, yoxsa küçədə satın alınan sudan. Bizə təhlükənin haradan gəldiyinin cavabını toplum hələ də bilmir. Təəssüf ki, ayrı yerə yönləndirmələr var. Məsələn, "whatsapp"da kimsə səsli mesaj vasitəsi ilə əhalini çəkindirib ki, uşaqlarınızı su içməyə qoymayın. İndi informasiya yayılıb ki, bu şəxslər tapılıb cəzalandırılacaq. Halbuki o şəxslər tapılıb mükafatlandırılmalıdır ki, say artmadı. Çünki bu tip hadisələr həm coğrafi baxımdan fərqli yerlərdə olması, həm də insanların eyni su şəbəkəsindən istifadə etməsi nəzərə alınarsa, kütlənin eyni problemlə qarşı qarşıya qalmasını gündəmə gətirir”.

""Azərsu"ya 26, 5 milyon pul ayrılıb"



Politoloq İbrahim İbrahimli isə öz feysbuk səhifəsində bildirib ki, bu məsələyə görə "Azərsu" məsuliyyət daşıyır: 

"Suyun təmizlənməsi üçün suyun tərkibinə vurulan dərman hər il xaricdən alınırmış. Bu il isə alınmayıb. Sən demə, "Azərsu" ASC-nin pulu yox imiş. Ceyranbatan su anbarı hər il həmin dərmanlarla təmizlənirmiş. Bu il "Azərsu" ASC-nin pulu olmadığına görə dərman almayıb. Nəticədə əhaliyə tərkibi təmizlənməyən su verilir. Uşaqların orqanizmi daha həssas olduğu üçün infeksiya onlarda özünü büruzə verib. Əslində, əhalinin içməli su ilə təminatına milyardlar xərclənib. Elə bu il dövlət başçısının sərəncamı ilə 16 milyon manat ayrılıb. Əlavə olaraq əkin sahələrinin suvarılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün daha 10,5 milyon manat ayırıb. Toplam 26,5 milyon manat edir. Ötən illərdə modul tipli sutəmizləyici qurğulara və supaylayıcı məntəqələrə ayrılan pulları hələ demirəm”.






Xəbərin oxunma sayı : 2374




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap