|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Azərsu”dakı korrupsiya Bakını çökdürür...
Tarix 05.10.17, 14:00 |
|
Dövlətin 5 milyardını selə verib, suda batırdılar; Son 10 ildə milyardlar xərcləyən “Azərsu”nun köhnə kanalizasiya xətləri paytaxtda ciddi fəsadlar yaradıb; yağışlardan sonra baş kəndimiz iflic vəziyyətə düşüb; adı külli miqdarda büdcə vəsaitinin talanmasında hallanan Qorxmaz Hüseynov nə qanunları sayır, nə də ictimai qınağı vecinə alır.
“Azərsu” ASC-dəki korrupsiya oyunları bu gün növbəti “bəhrəsini” verdi. Oktyabrın 4-də səhər saatlarında Bakıda yeni istifadəyə verilmiş yol çökdü, xoşbəxtlikdən həmin vaxt yolda avtomobil olmadığından can itkisi yaşanmadı. Lakin yeni təmir olunan Nizami rayonu, Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində magistral yolda dərinliyi iki metrə çatan çuxur əmələ gəldi ki, bunun təmiri həm xeyli vaxt, həm də vəsait tələb edir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun çökməsinə səbəb kanalizasiya kollektorunun partlaması olub: “Bu gün (dünən-red.) səhər saatlarında Mehdi Abbasov küçəsində yolun asfalt örtüyünün çökməsi qeydə alınıb, təxminən iki metr dərinliyində bir quyu əmələ gəlib. Əməkdaşlarımız hadisə yerinə cəlb olunub və məlum olub ki, yerin altından kanalizasiya kollektoru keçir. Bu kollektorun istismar müddəti bitdiyi üçün dağılıb partlayıb, oradan axan çirkab sular yol yatağını yuyub, nəticədə yolda çökmə baş verib. Dərhal aidiyyəti üzrə məlumat verilib və ”Azərsu" ASC-nin əməkdaşları əraziyə gəliblər. Hazırda kollektorun bərpası istiqamətində işlər aparılır. Yol müvəqqəti olaraq bağlanıb, sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər. Bu kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində tərəfimizdən addımlar atılacaq".
Son illər “Azərsu” ASC-yə dövlət büdcəsindən ayrılan milyonları, o cümlədən beynəlxalq təşkilatlardan verilən kreditləri göz önünə gətirsək, indi Bakının mərkəzi prospektində istismar müddəti bitmiş kollektor qalmamalı idi. Lakin yağan hər yağış ciddi problemlərlə yadda qalır və göyə sovrulan pulların məbləğindən xəbər verir.
Paytaxt Bakıda kommunal problemlərin baş alıb getməsi ilə paralel olaraq bu qurum zərərlə işləyir. 2016-cı ildə “Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. Bu qurumun Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.
“Azərsu ”ASC-nin ötən il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib.
Qeyd edək ki, bu quruma dövlət ayırmaları da kifayət qədər ciddi məbləğlərlə ifadə olunur. Təkcə bu il “Azərsu”ya bir neçə istiqamətdə su və kanalizasiya xətlərinin çəkilişi üçün milyonlarla manat pul ayrılıb.
Belə ki, prezident İlham Əliyevin Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon 780 min manat ayrılıb.
Eləcə də ölkə başçısının Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı çərçivəsində “Azərsu”ya 4 milyon manat vəsait ayrılıb.
Qeyd olunan iki sərəncam bu ilin avqust ayında imzalanıb.
Bu il həmçinin prezidentin 13 yanvar 2017-ci il və 17 mart 2017-ci il tarixli sərəncamlarına əsasən “Azərsu” ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.
Bu barədə “Azərsu” ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir. Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün “Azərsu” ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.
Sonuncu 14,7 milyon manatlıq yardım 13 ünvanda - Ziya Bünyadov prospekti boyu, Nərimanov rayonu Əliyar Əliyev küçəsi boyu kollektorun tikintisi, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Binəqədi şosesi boyu kollektorun tikintisi, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi boyu kollektorun tikintisi, Sabunçu rayonu ərazisində kollektorun tikintisi, Məhəmmədi gölündə su səviyyəsinin tənzimlənməsi üçün kollektorun tikintisi, Taşağıl və Böyükşor gölünün su səviyyəsinin saxlanılması və su keyfiyyətinin yaxşılaşdırılması üçün sistemlərin tikintisi, Sabunçu rayonu “Şuşa” şəhərciyinin ətraf ərazilərində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi, Ramana Südçülük Sovxozunun ərazisində, Yasamal rayonu Əhməd Cəmil küçəsi boyu, Xətai rayonu Yusif Səfərov küçəsi boyu və Xətai rayonu Kazımağa Kərimov küçəsi boyu yağış suları kollektorunun tikintisi üçün ayrılıb.
Son yağıntılar zamanı Binəqədidə müşahidə olunan vəziyyət bu milyonların da korrupsiyanın qurbanına çevrilməsi ehtimalından xəbər verir.
Ümumilikdə, son illərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı “Azərsu” ASC-yə ayrılan pulların məbləğinə və coğrafiyasına baxsaq, hazırda Bakıda və Abşeronda köhnə su və kanalizasiya sistemi qalmamalı idi. Bəs bu pullar haraya sovrulub ki, hər yağış yağarkən biz yollarda, ara küçələrdə suların yığılıb qaldığını görürük?
İqtisadçı ekspert Natiq Cəfərli mövzunu “Yeni Müsavat”a şərh edib. O bildirib ki, sözügedən quruma son illərdə milyardlarla manat vəsait ayrılsa da, qeyri-effektiv xərcləndiyindən hələ də zərərlə işləyir: “Dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə ”Azərsu" ASC-yə dolayı ayırmalar da olub. Yol tikintisi ilə bağlı və ya kanalizasiya xətlərinin təmiri ilə bağlı birbaşa büdcədən əlavə, xarici kreditlər şəklində də “Azərsu”ya yüz milyonlarla dollar müxtəlif beynəlxalq maliyyə qurumlarından yardımlar ayrılıb. Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb. Söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır. Söhbət vəsaitlərin böyük həcmindən əlavə, işin keyfiyyətindən gedir. Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir. Ancaq korrupsiya ilə yanaşı işin keyfiyyətsizliyi də böyük problemlər doğurur. Sovet dövründə Bakıda bir çox yerlədə yağış sularının axıdılması üçün olan xətlər kanalizasiya xətlərindən ayrı çəkilmişdi, sonradan yağış xətlərinin bir çoxu ləğv edildi və ya kanalizasiya xətlərinə birləşdirildi. Bu da böyük problemlər yaradır və yağıntı çox olanda həmin xətlər suyun axıdılmasını çatdırmır, nəticədə şəhəri su basır. Bütün bunlar qeyrı-şəffaf idarəetmənin, tenderlərin normal keçirilməməsinin və korrupsiya hallarının nəticəsidir. “Azərsu” bu qədər monopolist şirkət olmasına baxmayaraq həm dotasiya ilə işləyir, zaman-zaman vergi borcları, digər dövlət nəzarətindəki təbii inhisarçılara olan borcları silinir. Büdcədən əlavə vəsaitlər ayrılır, xaricdən kreditlər alır. Bütün bunlara baxmayaraq, çox qeyri-effektiv və zərərlə işləyən dövlət müəssisəsidir".
Bütün bu deyilənlər isə artıq “Azərsu” adlı dövlət inhisarçısının özəlləşdirilmə vaxtının çatdığından xəbər verir. Büdcəni çapıb talayan, üstəgəl, fəaliyyətsizliyi və zərəri göz önündə olan bir qurumun yalnız özəlləşdirilməsi dövlətə müəyyən fayda verə bilər.
Xatırladaq ki, “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. O, bu quruma 2011-ci ilin 16 fevral tarixindən rəhbərlik edir. Q.Hüseynov bu müddət ərzində su təsərrüfatında ciddi dönüş edə bilməməkdə ittiham olunur. O, adı mətbuatda ən çox korrupsiyada hallanan məmurlardandır. Lakin indiyədək deyilənlər, yazılanlar barədə jurnalistlərə heç bir açıqlama verməyib. Dövlətin milyardlarla manat vəsaitinin talanmasında ittiham olunan Qorxmaz Hüseynov nə vaxtsa qanun qarşısında cavab verəcəkmi? Görünən budur ki, o, nə qanunları vecinə alır, nə ictimai qınağı.
“Yeni Müsavat” “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, zənglərimizə cavab verilmədi. Qurumun mövqeyini dərc etməyə hazırıq.
Xəbərin oxunma sayı : 952
Gündəm
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV