Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərsun Holdinq”in pomidorlarını Rusiyada belə əzdilər - FOTO/VİDEO

Tarix 10.12.18, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Tomsk şəhərində ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Özü də Azərbaycandan ixrac edilən pomidorlarda. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda “Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.

“Tomsk vilayəti üzrə “Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə “çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.

265166_src

Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ “EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.

Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.

“Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda “Gözəl Təbiət” MMC adlı müəssisənin “Green Tech” istixanalarında istehsal olunub.

265167_src

“Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı “Azərsun Holding”in tərkibinə daxildir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərəverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.



Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycandan bu ölkəyə aparılan pomidorlarda Cənubi Amerika mənşəli tomat güvəsi xəstəliyi aşkar ediblər.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fakt ölkədə ilk dəfə olaraq Tomsk vilayətinin ərazisində qeydə alınıb.

d0aee851-73de-4e3f-8c5f-8c15dad9babb

Qurumun məlumatında deyilir ki, Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Federal Dövlət Büdcə Təşkilatının Tomsk filialının qərarına əsasən, qeyd edilən məhsullarda canlı sürfələr aşkar edilib. Mütəxəssislər bildirib ki, Cənubi Amerika mənşəli tomat güvəsi, əsasən, məhz pomidorlara yoluxur. Onun sürfələri bitkinin yaşıl hissəsinin yumşaq toxumaları ilə qidalanır, yarpaqları yeyərək sonda ancaq şəffaf qabıq saxlayırlar. Bundan sonra zədələnmiş məhsul satış və istifadə üçün yararsız sayılır.

Qeyd edək ki, 120 kiloqram həcmində belə məhsul bərk məişət tullantıları poliqonunda məhv edilib.




Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap