“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərsun”un gəlirləri 15 mln, aktivləri isə 92 mln. manat azalıb - Nə baş verir?

Tarix 13.07.24, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


“Azərsun Holdinq” MMC (Azersun Holdinq) 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

Holdinq ötən ili 58,3 milyon manat xalis mənfəət əldə edib və bu da 2022-ci ilə nisbətən 3,8 dəfə çoxdur.

Holdinqin gəlirləri 2022-ci ilə nisbətən 0,7% və ya 14,5 milyon manat azalaraq 2023-cü ildə 1,81 mlrd. manat təşkil edib. 2022-ci ildə gəlirlər 1,825 mlrd. manata bərabər olub. Satışın maya dəyəri isə 1,35 mlrd. manat olub.

Satış maya dəyəri çıxıldıqdan sonra “Azərsun”un məcmu mənfəəti 463,2 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 1,89 milyon manat azdır.

MMC-nin mənfəət vergisindən əvvəlki mənfəəti isə 2022-ci ilə nisbətən 2 dəfə artaraq 86,9 milyon manata yüksəlib.

Xalis mənfəəti kifayət qədər yüksək olsa da ötən holdinq kiçilib. Belə ki, “Azərsun”un cəmi aktivləri 1 mlrd. 163,4 milyon manatdan 1 mlrd. 71,6 milyon manata enib. Başqa sözlə, holdinqin aktivləri ötən il 91,8 milyon manat azalıb.

MMC-nin cəmi öhdəlikləri 746,6 milyon manatdan 433,8 milyon manata enib, cəmi kapitalı isə 416,7 milyon manatdan 637,7 milyon manata yüksəlib.



Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap