Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bıçaqla vurandan sonra divana uzatdım“- Bakıdakı sevgi cinayətinin təfərrüatı

Tarix 05.11.18, 0:44

Font ölçüsü : - / +
bitmap-img6


Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1984-cü il təvəllüdlü Əhmədov Azər Şəmistan oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Azər Əhmədov bir neçə ay əvvəl qeyri-rəsmi münasibətdə olduğu, ər-arvad kimi birlikdə yaşadığı Məhəbbət Şıxıyevaya 6 bıçaq zərbəsi endirib.

Buna səbəb Azər Əhmədov evə gəlmədiyi, telefonuna zəng çatmadığı üçün Şıxıyevanın onun qohumlarına zəng etməsi olub. Şıxıyevanın bu hərəkətindən qəzəblənən Azər Əhmədov qisas məqsədi ilə onu öldürmək istəyib. İttihamda yazılır ki, Əhmədov mətbəxdən götürdüyü bıçaqla Şıxıyevaya 6 zərbə endirib. Hadisə Şıxıyeva ilə Əhmədovun birlikdə yaşadığı evdə baş verib.

Bu əməlinə görə Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Əhmədov özünü günahkar bilib. Amma deyib ki, Şıxıyevanı öldürmək niyyəti olmayıb.

Məhkəmə Əhmədova sərbəst ifadə verməyi təklif edib. Əhmədov hadisəni tödədən zaman içkili olduğunu da söyləyib. Bildirib ki, özündə olmayıb və Şıxıyevanı vurandan sonra səhv etdiyini başa düşüb.

"Həmin gün ailəmlə toya getmişdim. Məhəbbət zəng edəndə gələcəyimi dedim. Sonra telefonum söndü. Məhəbbət də götürüb qohumlarıma zəng edib. Mən də içkili idim. Əsəbiləşib özümü itirdim. Məhəbbətin qaldığı evə getdim. Elə bu məsələyə görə mübahisə eləməyə başladıq. O, danışmağa başladı. Mən də mətbəxdən bıçaq götürüb onu vurdum. Özümü itirmişdim. Nə edəcəyimi bilmədim. Bir neçə bıçaqdan sonra elə bil gözüm açıldı. Səhv etidyimi bildim. Məhəbbəti divana uzatdım. Təcili yardıma özüm zəng elədim",- deyə Əhmədov qeyd edib.

Suallara cavab verən Əhmədov söyləyib ki, Şıxıyevanı öldürmək istəsəydi, bunu rahatlıqla edə bilərdi: "O, mənə müqavimət göstərə bilmirdi. Vurandan sonra divana özüm uzatdım. Öldürməyə mane olacaq heç nə yox idi. Sadəcə səhv elədim, özümü itirdim və bu hərəkəti elədim".

Əməlindən peşman olduğunu deyən Əhmədov ailəli olduğunu söyləyib. Bildirib ki, himayəsində azyaşlı uşaqları da var.

Məlum olub ki, Şıxıyevanın da himayəsində bir azyaşlı uşağı var.

Məhkəmədə zərərçəkmiş qismində Məhəbbət Şıxıyeva da dindirilib. O da hadisənin baş vermə səbəbini eyni ardıcıllıqla danışıb.

Əhmədovla 2015-ci ildən tanış olduğunu deyən Şıxıyevanı onunla ər-arvad kimi yaşadığını bildirib. Şıxıyevanı deyib ki, Əhmədov telefon zənginə cavab vermədiyi üçün əsəbiləşib və onun qohumuna zəng edib. Sonra isə məlum hadisə baş verib.

Şıxıyeva suallara cavabında Əhmədovu bağışladığını söyləyib: "Bir hadisə idi baş verdi. Heç kim istəməzdi belə olsun".

Hadisə ilə bağlı suallara cavab verən Şıxıyeva deyib ki, Əhmədov onu bıçaqlayandan sonra getmək istəyib: "Qapıdan çıxanda mən dedim ki, getmə. Təcili yardım lazım olduğunu söylədim. Xahiş elədim ki, zəng eləsin. O da zəng elədi".

Şıxıyeva bildirib ki, əgər Əhmədov istəsəydi onu öldürərdi: "Məni öldürmək istəmirdi. İstəsəydi elə divana uzadanda da vurardı. Və ya qapını bağlayıb gedərdi".

Əhmədovu bağışladığını deyən Şıxıyeva məhkəmədən də sevgilisinin bağışlanmasını xahiş edib.

 



Xəbərin oxunma sayı : 847




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap