“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft , şirkətlər…

Tarix 06.12.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


“Əbülfəz Qarayev mədəniyyət naziri olduğu dövrdə mədəniyyətdən başqa hər şeylə məşğuı olub. Panamada “Əlləmə” Hüseynbala ilə şərikli “Rimbo”sundan tutmuş Xorvatiyadakı “Amfiteatr” otelinə qədər mədəni talançılıq hesabına vəhşicəsinə mənimsədikləri haqqında hələ illər əvvəl yazmışdım. Sonra məlum oldu ki, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları – balıq , molyusk filan da satırmış. Moskvada Qarayevin “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları var”

AzFakt.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli  öz facebook hesabında paylaşım edib.

Jurnalist keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsini ifşa edən  araşdırmada bildirir ki, Qarayevin nazir kürsüsündə əyləşdiyi dövrdə mədəniyyət sahəsini idarə etmək əvəzinə, ölkə xaricində müxtəlif kommersiya fəaliyyətləri ilə ciddi şəkildə məşğul olduğunu ortaya qoyur.

O qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:

“Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

– 2004–cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

– 2008-ci ildə Xorvatiyada  LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan “Amfiteatr” hotelini alıb;

– 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

– 28 iyul 2010-ci ildə Moskvada “ÇƏHRAYI SUNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО “Розовый Скунс”) təsisçisi kimi qeydiyyatdan keçib.

– 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( “qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət”);

– 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО “ГАЛС”)  rəhbəri olub;

– 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

– 23.06.2017-ci ildə Moskvada “GZK OIL” MMC-ni (ООО “ГЗК ОЙЛ”) təsis edib;

– 18 may 2023-cü ildə  ÇE CORPORATION MMC-nin təsisçisi (ООО “КОРПОРАЦИЯ ЧЕ)

kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu “QALS” və “ÇƏHRAYI SUNK” MMC-lər  iştirak edib”.

 






Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap