Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı - 1,4 milyon dollara düşüb

Tarix 21.04.26, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 103 milyon 671 min rubl (1 milyon 382 min dollar) gəlir əldə edib.

Yeniavaz.com xəbər verir ki, Əbülfəs Qarayev 2023-cü ilin may ayında Rusiyada “Korporasiya ÇE” (ООО “Корпорация ЧЕ” – ИНН: 7725322819) adlı şirkətin 50 faizlik payını satın alaraq, iki təsisçidən biri olub.

“Korporasiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı, Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.

Qeyd edək ki, “Korporasiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra hüquqi ünvan Moskva şəhəri, Dnepropetrovskaya, ev 3, korpus 5, mənzil 3/1 ünvanına dəyişdirilib.

Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla, digər ərzaq məhsullarının topdan satışı daxildir.

Məlumat üçün bildirək ki, “Korporasiya ÇE” şirkətinin 2024-cü ildəki ümumi gəlirləri 146 milyon 636 min rubl (1 milyon 585 min dollar) olub. Bir il əvvəl – 2023-ci ildə  şirkətin gəlirləri 106 milyon 521 min rubl, 2022-ci ildə isə cəmi 554 min rubl təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra gəlirlər 192 dəfə artıb.
Onu da bildirək ki, 2024-cü illə müqayisədə şirkətin gəlirlərində azalma olub.

Xatırladaq ki, 1994-cü ildən 2020-ci ilə qədər – 26 il nazir vəzifəsində çalışan Əbülfəs Qarayevin qızı Suad Maleki (Qarayeva) də uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur.

Suad Malekinin yeganə təsisçisi olduğu “GALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatar küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bildirilir ki, “GALS” – sabiq nazirin özünün və ailə üzvlərinin adlarının baş hərflərindən (Garaev, Abulfas, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir. “GALS” şirkətinin ötənilki gəlirləri 8,01 milyon rubl (106,8 min dollar), xalis mənfəəti isə 7 milyon 474 min rubl (99,6 min dollar) olub.



Xəbərin oxunma sayı : 1168




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap