Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bütün “sürprizlərə” hazır olmalıyıq...” – Fazil Mustafa

Tarix 06.01.21, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağda yerləşən sülhməramlıların tərkibinə Azərbaycan nəzarət etməlidir. Çünki bilavasitə bəyanatda nəzədə tutulan say var. O sayı keçilərsə, o zaman Azərbaycan avtomatik olaraq Türk qüvvələrinin sayının bölgədə artırılmasına nail olmalıdır. Türkiyədən gələn qüvvələr rus sülhməramlılarının sayı ilə eynilik təşkil etməlidir”.

Bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib. 

Onun fikrincə, Qarabağda fövqəladə hallar və başqa qurumlar çalışmağa başlayırsa, Azərbaycan da bu mexanizmi Türkiyə üzərindən genişləndirməlidir: “Çünki bəyanatın qəbul olunmasında Türkiyənin mühüm rolu var. Ona görə də Türkiyədən gələn qüvvələr bölgədə aktiv rol almalıdır. Hansısa bir şəkildə bu istiqamətdə Azərbaycanı narahat edən amil varsa, ona qarşılıq müəyyən addımlar atılmalıdır. Azərbaycanla razılaşdırılmadan hər hansı bir kontingentin sayının artırılması yolverilməzdir. Orada olan istənilən planlaşdırma barədə Azərbaycan məlumatlandırılmalıdır. Əks halda, yəni belə bir məlumatlandırma olmasa, Azərbaycanın özünün suveren hüquqlarından istifadə edərək müəyyən qabaqlayıcı addımlar atmağa haqqı olacaq. Orada olan proseslərlə bağlı geniş məlumat yoxdur. Ona görə də olacaq bütün surprizlərə hazırlıqlı olmalıyıq”.

Partiya sədrinə görə, əvvəlki dövrlərdə separatçı rejimə müəyyən dəstək verilib: “Bu gün isə status dəyişib. Sülhməramlı funksiyaya uyğun fəaliyyət olmalıdır. Əgər bundan kənara çıxılacaqsa, Azərbaycan buna reaksiya verməlidir. Bütövlükdə orada atılan bütün addımların Azərbaycanla koordinasiya edilməsi vacibdir. Bu olunmasa, Azərbaycan sülhməramlıların bölgədə yerləşməsinə qarşı qəti mövqeyini ortaya qoymalıdır. Çünki missiyadan kənara çıxmaq qətiyyən yolverilməzdir”. (Teleqraf.com)



Xəbərin oxunma sayı : 709




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap