Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bütün dünya yeni yoluxmalara hazırlaşır“ - TƏBİB-in şöbə müdiri

Tarix 08.08.20, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


“ÜST-ün açıqladığı son statistikaya əsasən dünyada gün ərzində 278 291 nəfər COVİD-19-a yoluxan olub”.

 APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, son həftələrdə Azərbaycanda yoluxanların sayı sağalanların sayından az olur: “Ölənlərin sayında da azalma müşahidə edilir. Bu, həkimlərin, tibb işçilərinin də fəaliyyətindən asılıdır. Daha çox qarşıdakı həftələrdə baş verəcək hadisələrə diqqət edək. Biz problemə gözümüzü yummaqla problem həll olunmayacaq. Bütün dünya ölkələri xəstəliklərin və yoluxmaların sayının az olmasını nəzərə almayaraq, yeni yoluxmalara hazırlaşır. Biz bu gün açılışlara gedirik. 

Bu o deməkdir ki, qapalı sahələrdə bütün qaydalara riayət etməliyik. Bunun məsuliyyəti sahibkarların və bizim üzərimizə düşür. Bakının bu gün bütün yerlərində parklar var. Çalışaq eyni məkanlarda toplanmayaq. Hər bir vətəndaşımız özünü qorusa, dolayı yolla yoluxmaların sayını azaldacaq. Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma təcrübə göstərir ki, yaxın insanlar bir yerə toplaşanda xəstəliyin yayılması baş verir. Ona görə də mərhələ-mərhələ açılışlara getməliyik. Amma çalışaq, qaydalara riayət edək. Bunu etməsək, istəməsək də, bu baş verəcək. Yoluxmanın artmasını həkimlər və tibb işçiləri də istəmir. Onlar bu sərt rejimdə işləməkdən yorulublar”.



Xəbərin oxunma sayı : 1795




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap