Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bütün resurslar tam səfərbər olunub” – Səfər Mehdiyev

Tarix 06.12.18, 23:21

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət Gömrük Komitəsinin qarşısında gələn il üçün proqnoz tapşırıqları qoyularkən həm nəqliyyat vasitələrində, həm də bəzi mallara müəyyən aksiz dərəcələrində dəyişiklik nəzərə alınıb”.

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə energetik içkilərə aksiz vergisinin tətbiqinə görə xüsusi hesablama aparılıb: “Biz də bilirik ki, gələn il üçün Dövlət Gömrük Komitəsi nəzərdə tutulan 3 mlrd. 702 mln. manat proqnozu yerinə yetirəcək. Artıq bu ildən bu proqnozun icrası ilə bağlı bütün resurslar və bütün texniki imkanlar nəzərə alınıb, tam səfərbər olunub. Bununla bağlı hesablamalar aparılıb və hökumətin büdcə sistemi haqqında qanununa uyğun olaraq büdcə layihəsi işlənərkən də DGK-nın ekspertləri, xüsusilə də Baş İdarə rəisləri orada təmsil olunublar. Bütün layihələrin işlənməsində də bizim komitənin əməkdaşları iştirak ediblər. Burada qeyri-obyektiv rəqəm görmürük”.

S.Mehdiyev bildirib ki, ölkəmizdə baş verən iqtisadi inkişaf gələn il də komtənin qarşısına qoyulan proqnozun yerinə yetirilməsi üçün əsas verir: “Ticarət həcmi bu həcmdə qalarsa və bu şəkildə gedərsə, xarici ticarət fəaliyyəti iştirakçılarının hər hansı riskləri ortaya çıxmazsa, bu proqnoz önümüzdəki ildə də yerinə yetiriləcək”.



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap