Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər” - Xalq artisti

Tarix 05.10.17, 3:21

Font ölçüsü : - / +
bitmap-img6


Hələ iş qabiliyyətimi itirməmişəm, tamaşalarda oynayıram

“Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər”. Bunu “Report”a teatrın aktyoru, xalq artisti Yasin Qarayev deyib.

Aktyor qeyd edib ki, iş saatlarının azaldılmasının səbəbini özü bilmir: “Bunun səbəbini xırdalaya bilmərəm. Ağaxan Salmanlı, Tariyel Qasımov, Almaz Mustafayeva, Məsumə Babayeva, Sona Babayeva, Rahib Əliyev və s. demək olar ki, bütün yaşlı nəslin aktyorlarını yarımştata keçirirlər. “Koroğlu” dastanında bir məqam var. Koroğlu tüfəngi görəndə qılıncını qınına salır ki, artıq mənlik deyil. Mən hesab edirəm ki, dövranım keçir artıq. Bəlkə də düz fikirləşmirəm. Ancaq mən hələ iş qabiliyyətimi itirməmişəm, tamaşalarda oynayıram. Ay ərzində 3-4 tamaşada çıxış edirəm”.

O əlavə edib ki, sosial şəbəkələrdə tez-tez bəzi teatrlarda aktyorların bir-birindən narazılıq etməsi ilə qarşılaşır: “Bizim teatrda belə hallar yoxdur. Belə problemlərin yaşanmaması üçün idarəçilik düzgün qurulmalıdır. Bu isə müdiriyyətdən asılıdır. Ölkədə ən çox heyəti olan teatr Gənc Tamaşaçılar Teatrıdır. Ancaq burada heç vaxt belə söz-söhbətlər olmur. 45 ildir bu teatrda işləyirəm və digər teatrlardan çox təkliflər olub. Ancaq mən bütün adlarımı bu teatda almışam. Bütün uğurlarım bu teatr ilə bağlıdır. Mənə elə gələr ki, burdan getsəm, ailəmi atmış kimi olaram”.

“Report” məsələyə münasibət öyrənmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına müraciət edib. Teatrın mətbuat xidmətindən bildirilib ki, Gənc Tamaşaçılar Teatrında yarımştata keçirilmə məsələsi yoxdur: “Təqaüd yaşına çatan aktyorlar ilə müqavilə bağlanır. Bu sırada 15-ə yaxın aktyorumuz var. Bu aktyorlarla müqavilələrimiz var və hər il o müqavilə yenilənir. Bu ilin sentyabr ayında yaşı 65-i keçmiş sənətçilərlə müqavilələrimiz imzalanıb və onlar mütəmadi öz əmək haqqlarını alırlar.Təqaüddə olan aktyorların teatrda tamaşaları var və aktyorlarımız hər zaman tamaşaçı qarşısına çıxırlar” .



Xəbərin oxunma sayı : 289




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap