Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...

Tarix 04.03.21, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın və ordumuzun əzmkar və qətiyyətli mövqeyi 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın yenidən öz doğma sakinlərinə- azərbaycanlılara qovuşması prosesinə təkan vermişdir. Öz torpaqlarından didərgin salınan Qarabağlıların ata-baba yurdlarına böyük sevinc və fəxarət hissi ilə geri dönməsi hər bir azərbaycanlının səbirsizliklə gözlədiyi məqamdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan
azad olunmuş ərazilərə səfərləri və orda etdiyi çıxışlar Böyük Qayıdışın çox möhtəşəm olacağından xəbər verirdi. Qədim türk eposu olan Dədə Qorqud dastanında deyildiyi kimi: “ocaqlarımız yenidən
yanacaq, çaylarımız yenidən axacaq, ağaclarımız yenidən çiçəkləyib qol-qanad atacaqdır”.

Artıq Qarabağda “Böyük Qayıdışın” ilk müjdəsini verən Ali Baş Komandan qədim tarixi torpaqlarımızda çoxlu və genişmiqyaslı iqtisadi, sosial, mədəni, infrastruktur layihələrinin icrası ilə bağlı
göstərişlər vermişdir. Bu ərazilərə gediş-gəlişin yaxşılaşdırılması və rahatlığının təmin edilməsi üçün müasir standartlara cavab verən yeni yolların və aeroport tikintisinin əsası qoyulmuşdur. Qədim
şəhərimiz Şuşaya çəkilən iki avtomobil yolundan birinin adı “ Qələbə yolu” adlandırılması əbəs yerə deyil. Şuşa bizim qeyrət qalamaz və igidlərimizin qanı hesabına alınan zəfər meydanımızdır. Təkcə
Şuşada deyil, bütün işğaldan azad edilmiş şəhər, qəsəbə, kəndlərimiz abadlaşıb, çil-çıraqlı bir məmləkətə çevriləcəkdir. Yeni salınacaq şəhərlərimiz xüsusi memarlıq ənənələrinə sadiq qalmaqla planlı şəkildə
yenidən qurulacaq. “Ağıllı kənd” layihələri isə dünyada misilsiz bir layihələrdir. Bu iqtisadi layihərin həyata keçirilməsində əsasən qardaş Türkiyə Respublikasının öndə gedən şirkətləri dəmiryol, tikinti,
turizm və digər sahələrdə yaxından iştirak edəcəkdirlər. Tarixi “İpək Yolu”nun “Zəngəzur koridoru” Naxçıvan vasitəsilə Azərbaycanı Türkiyə ilə qovuşduracaqdır.  Bölgəyə çoxlu sayda sərmayənin cəlb
edilməsi də iqtisadi layihələrin tərkib hissəsi olaraq gələcəkdə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracaqdır. Bu ərazilərimizə şirkətlər tərəfindən qoyulan hər bir yatırım, hər bir kapital onlara çoxlu dividentlər qazandıracaqdır.

Heç kimə sirr deyil ki, Qarabağ torpağı çox bərəkətli və məhsuldardır. Burada kənd təsərrüfatı bitkilərinin demək olar ki, hamısı bitir. Pambıqçılıq, baramaçılıq, heyvandarlıq, əkinçilik, şərabçılıq,
tütünçülük və meşə təsərrüfatı iqtisadiyyatımıza böyük gəlirlər gətirəcəkdir. Zəngilanda, Füzulidə, Laçında tikilməsi nəzərdə tutulan hava limanları zəngin təbii gözəlliyi olan bölgəyə çoxlu sayda xarici
və yerli turistlərin gəlməsinə zəmin yaradacaq. Eyni zamanda ticarət əlaqələri genişlənəcək. Otel, mehmanxana və ictimai iaşə obyektlərinin tikintisi və fəaliyyəti burada çoxlu iş yerlərinin açılmasına zəmin yaradacaq. Bütün bunlar bütövlükdə ölkəmizdə sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Eyni zamanda Qarabağa köçüb yaşayan əhali orda çox geniş imkanlar yaradılacaq, onların rahat həyat şəraitini təmin etmək üçün elm, təhsil, mədəniyyət, musiqi və
idman kompleksləri inşa edilib əhalinin istifadəsinə veriləcəkdir. Dəmiryol xəttlərinin kilometrlərlə məsafəni əhatə etməsi sənayenin, kənd təsərrüfatının və sosial həyatın dirçəlməsinə gətirib çıxaracaqdır.
Bu layihələrin əsasında ölkəmiz daha da çiçəklənəcək, güclənəcək və qüdrətlənəcəkdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik qədim Qarabağ torpaqlarında çoxlu sayda yeraltı mineral sular və geniş meşə
zolaqları vardır. Bu gün ekoloji tarazılığın pozulmaması üçün meşə zolaqları və təbii alternativ bərpa olunan enerji sayılan külək və günəş enerjisindən istifadə edilməi bu ərazilərdə mövcuddur. “Yaşıl
enerji” zonası çox əhəmiyyətli və aktual bir layihədir. Bu layihələrin həyata keçirilməsi həm cəmiyyət üçün, həm də təbiət üçün çox əlverişlidir. Həyata keçiriləcək layihələrdə müasir tələblərə cavab verən, yeni texnologiyalardan istifadə olunacaqdır. Bərpa prosesindən sonra Qarabağa qayıdacaq  sakinlər yenidən sülh, əmin-amanlıq və yüksək rifah halında yaşayacaq, qurub yaradacaq. Qarabağ yenidən
əvvəlki şan-şöhrətini geri qaytaracaq.

Nurağa Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon şöbəsində



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap