Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Baş Prokurorluq siyasi partiyalarla bağlı məsələ qaldırıb”

Tarix 22.06.17, 3:36

Font ölçüsü : - / +
bitmap-img6


"Vaxtı-vaxtında hesabat verməyən siyasi partiyalarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən məsələ qaldırılıb”, - bunu "Ölkə.Az”-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib. 

S.Novruzov deyib ki, şəffaflığın təmin olunması üçün hesabat verməyən siyasi partiyalara qarşı araşdırmalar aparılacaq: "Bütün bunlar qanunun tələblərinə uyğundur. Qanun hər kəs üçün eynidir. Heç kəs qanunun tələblərindən yayına bilməz. Əgər kimsə qanunun tələblərini pozacaqsa, müvafiq olaraq məsuliyyət daşıyacaq”. 

Komitə sədri qeyd edib ki, "Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyalar ildə ən azı bir dəfə Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı təqdim etməlidir:

"Həmin hesabatda siyasi partiyaların gəlirləri və xərcləri barədə qeydlər olmalıdır. Bütün bunları biz özümüzdən kəşf etmirik. Bu, qanunun tələbidir və hamı ona əməl etməlidir. Respublika Baş Prokurorluğu da haqlı olaraq bu məsələni gündəmə gətirir”. 

S.Novruzov vurğulayıb ki, hakim Yeni Azərbaycan Partiyası hələ sözügedən qanun layihəsi qəbul edilməmişdən öncə də media vasitəsilə maliyyə hesabatını açıqlayıb: 

"Hazırda da biz bu ənənəni davam etdiririk, vaxtı-vaxtında MSK-ya öz maliyyə hesabatımızı veririk. Yeni Azərbaycan Partiyası bu məsələdə də digər siyasi partiyalara örnək addımlar atır. Hesab edirəm ki, öz şəffaf fəaliyyətinə əmin olan və inan digər siyasi partiyalar da maliyyə hesabatlarının ictimaiyyətə açıqlanmasından qorxmamalıdır”.



Xəbərin oxunma sayı : 247




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap