Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır” – Rusiya

Tarix 27.07.17, 0:00

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya ABŞ-nı təhlükə mənbəyi hesab edir və buna əsaslanaraq qərarlar qəbul edir”.

APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir.

“Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, – deyə o bildirib

Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.

Qeyd edək ki, iyulun 25-də Nümayəndələr Palatası mütləq səs çoxluğu ilə (419 lehinə, 3 əleyhinə) Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib. Qanun qəbul ediləcəyi təqdirdə ABŞ şirkətləri və fərdi şəxslərə 14 gündən çox müddətə Rusiya banklarını kreditləşdirmək qadağan ediləcək. Hazırda bu müddət 90 gün təşkil edir. Həmçinin Rusiyanın neft-qaz sənayesində çalışan şirkətlərin kreditləşmə müddətinə də məhdudiyyət qoyula, bu müddət 30 günədək endirilə bilər.

ABŞ-nın bu təşəbbüsünün Avropa İttifaqını narazı saldığı bildirilir.



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap