Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Başqa ölkədə deyilik, öz vətənimizdəyik“ - Qurban Qurbanov

Tarix 04.11.20, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyənin "Sivasspor” klubuna qarşı keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb.

AzFakt.com xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Sivasda baş tutan mətbuat konfransında bunları söyləyib:

"Hər iki komanda xalsızdır. Bu üzdən də matç hər iki tərəf üçün vacibdir. "Sivasspor”un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür”.

48 yaşlı mütəxəssis bildirib ki, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlar: "Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. Bunu "Vilyarreal”la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar. Bu gün mənə Qurani Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir”.

Qurbanovun qrupdan çıxmaq şansı barədə bunları söyləyib: "Heç vaxt qrupdan çıxa bilməmişik. Həmişə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub. Amma alınmayıb. Avropa Liqasının qrup oyunlarında hər bir ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Digər komandalarımız da qruplarda çıxış etməlidirlər ki, mübarizə daha çox olsun. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət bəlkə də şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır”. (qafqazinfo)



Xəbərin oxunma sayı : 763




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap