![]() |
|














“Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın“ - İş adamının köməkçisi danışdı
Tarix 23.11.22, 17:19 |
|

İş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər milyarderlə bağlı baş verən qalmaqallar, ona qarşı irəli sürülən ittihamlar, yazılan yazılarla bağlı sualları cavablandırıb.
O, Manset.az xəbər portalına eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Fərhad müəllim hazırda evdədirmi? Səhhəti necədir?
- Bəli, evdədir. Səhhəti də çox gözəldir.
- Bəs onun saxlanılması ilə bağlı xəbərlər yayılıb?
- O, saxlanılma deyildi. Səhv məlumatdır. O, saxlanılmayıb, bir şahid kimi dəvət olunub. Ümumiyyətlə, ona qarşı hücumlar, təhdidlər var. Bütün yazılanlar hamısı uydurma, cəfəngiyyatdır. Biz oxuyuruq, gülürük.
- Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunmuşdu?
- Bəli. Təbii ki, onu tutub, əllərini qandallayıb aparmayıblar. Biri var, adi bir adamı aparırlar, indi bunu nüfuzlu bir şəxs kimi dəvət edirlər. Bu bir az fərqli baş verir. Bizim millət bunu anlamır.
- Ev dustaqlığına buraxıldığı deyilir.
- Ev dustağı necə rayona gedə bilər, Bakıya qayıda bilər?
- Azərbaycan ərazisinin tərk edilməməsi ilə bağlı tapşırıq olduğu haqda məlumat var?
- Xeyr. Bu, cəfəngiyyatdır.
- Yəni bu deyilənlərin hamısı yalandır?
- Deyirəm, yalandır və təsdiq edirəm, yalandır. Sualınız varsa, Dövlət Təhlükəsizliyi Xidmətindən şəxsən məlumat ala bilərsiniz.
Orada heç kim təsdiqləməz ki, o, ev dustağıdır. “O imzalayıb ki, mən ölkədən kənara çıxmayacağam” - belə bir sənəd-filan imzalanmayıb. Yəni saxlanılması ilə bağlı məlumatlar da yalandır, sadəcə, şahid qismində söhbət edilib onunla.
- Bilmək olarmı nə ilə bağlı dəvət edilib?
- Babək Səmidlinin məlum yayılmış səs yazısı ilə bağlı dəvət olunub.
- Doğrudanmı o səs yazısı Fərhad müəllimə məxsusdur? O açıqlamanı alan, yayan Fərhad müəllimdir?
- Xeyr. Onu yayanlar digər adamlardır. Nə məqsədlə yayıblarsa, onu da DTX araşdırıb tapmalıdır.
- Amma o səs yazısı Fərhad müəllimə məxsusdur, doğrudurmu?
- Siz internetdə görmüsünüz də, o məlumatı məndən niyə soruşursunuz? Bütün internetdə var ki, bu səs yazısındakı Fərhad Əhmədovdur. Yəni bu, internetdə artıq var.
- Fərhad müəllimin o sualları Babək Səmidliyə verməkdə məqsədi nə idi? Niyə belə suallar verib onun səs yazısını yazıb?
- Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər, istəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, sonra Prezidentə çatdırılsın.
- Bəs necə oldu ki, bu yayıldı?
- Həmin məsələni müvafiq qurumlar hazırda araşdırırlar. Şəxsən özümə də çox maraqlıdır.
- Bəlkə, ola bilər, Fərhad müəllim bu səs yazısını dost bilərək kiməsə göndərib, ya necə olub? Bəlkə, dost bildiyi insanlardan zərbə alıb?
- Bəli. Təbii ki, o da ola bilər. Bu araşdırma artıq Fərhad Əhmədovun borcu deyil, müvafiq qurumların borcudur ki, bunu araşdırsın.
- Fərhad müəllim müxtəlif media orqanlarında Rusiyaya casusluqda günahlandırılır. Bu barədə nə deyə bilərsiniz?
- Fərhad müəllimi zatən Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım.
Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun, gəlin baxın, nələr baş verir, erməniləri necə əzirik.
- Onlar dost olublar?
- Xeyr. Dost olmayıblar. 44 günlük müharibə zamanı Fərhad müəllimin orduya kömək göstərdiyi zaman Babək müəllim bilib ki, Fərhad müəllim nə cür insandır. Babək müəllim hərbçi, Fərhad müəllim biznesmen, onlar nə dost ola bilərlər?
- Yəni münasibətlər belə başlayıb?
- Bəli, 44 günlük müharibədən başlayıb.
- Bəs özü bu yazılanlar barədə məlumatlıdırmı? Özü nə deyir? Səsini eşitmək olarmı? Danışmaq olarmı?
- Xeyr. Təbii ki, olmaz. Hər adam durub media ilə bağlı bu sualları versə, bu adam təsəvvür edin...
- Bəs özünün bu məsələyə reaksiyası necədir? Nədən bu gün bunlar baş verir?
- Özü məyus olub ki, bu məsələyə niyə belə bir don geyindirilib? Özünə də çox maraqlıdır ki, DTX araşdırsın və nəticəni görsün.
- Nə qədər müddətdir Fərhad müəllim Azərbaycanda yaşayır?
- Son bir ildir, buradadır. Bu adam istirahət etmir. Göyçayda “malikanə” adlandırılan yerdə yaşayır. Göyçayda onun tikdiyi zavod, hotellər, restoranlar, fermalar, bütün təsərrüfat yerlərinə nəzarət edir. İşçilərin başının üstündə durur. İşçilər oradan pul qazanırlar, ailələrini dolandırırlar. O da orada, təbii ki, onların başının üstündədir. İstirahət etmək üçün Bodruma, Amerikaya, İngiltərəyə, Fransaya getmək lazımdır.
- Ramiz Mehdiyevlə sövdələşməyə getdiyi barədə nə deyə bilərsiniz?
- Onu mən 10 dəqiqə bundan qabaq oxudum. 20 ildir, Fərhad müəllimlə bərabər işləyirəm, Ramiz Mehdiyev adını ancaq internetdə və televiziyada eşitmişəm. Fərhad müəllimlə heç indiyə kimi nəinki bağlılığı olub, onun adı onun yanında zatən heç hallanmayıb.
- Bəs Nar Festivalı vaxtı bilavasitə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin vasitəsilə Ramiz Mehdiyevlə Fərhad Əhmədovun görüşünün təşkil edildiyi bildirilir. Orada müxtəlif sövdələşmə getdiyi deyilir. Bu məlumatlar yalandır?
- Hörmətli Əli bəy, dünən sizi şəxsən mən Cenifer Lopezlə bərabər Bakıda görmüşəm. İnanırsınız buna? Eyni şeydir. Başa düşdünüz, nə demək istəyirəm? Mən gülürəm bu söhbətlərə.
- Ramiz Mehdiyev həmin dövrdə Prezident Administrasiyasının rəhbəri idi və yəqin ki, Fərhad Əhmədov onunla görüşmək üçün can ata bilərdi?
- Fərhad Əhmədov heç zaman Ramiz Mehdiyevlə görüşmək istəməyib. Zatən ona aid bir işi olmayıb.
- Bir də Fərhad Əhmədovun Ramiz Mehdiyevin evini çox baha qiymətə alması ilə bağlı məlumatlar var. Bu məlumat doğrudurmu?
- Ramiz Mehdiyevin evini, bəlkə, başqa bir hansısa Fərhad Əhmədov almış ola bilər. Amma mənim şefim Fərhad Əhmədov Ramiz Mehdiyevdən heç vaxt ev almayıb.
- Mediada belə bir məlumat var idi ki, Ramiz Mehdiyevin Göyçayda yerləşən evini həmin o görüş baş tutandan sonra Ramiz Mehdiyevin özü Fərhad Əhmədova çox baha qiymətə təklif edib və o da nüfuzdan istifadə edərək alıb onun evini. Ona görə bilmək istəyirdim. Bəlkə də, kiminsə vasitəsilə alıb?
- Cəfəngiyyatdır, boş söhbətdir.
Xəbərin oxunma sayı : 514
Müsahibə
Xəbərlər
-
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu“ - FOTO
-
Prezidentin general-mayor rütbəsi verdyi Mürsəl İbrahimov kimdir? - DOSYE
-
“İran indi nüvə silahı yaratmaqdan uzaqdır“ - ABŞ dövlət katibi
-
Beş nəfərə general-mayor ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
-
Maştağa yolunda piyadalara təhlükə - VİDEO
-
“100 manata 9 sm boy artımı“ vədi: Azərbaycanda yeni dələduzluq?
-
Xərçəng xəstələrinin sayı niyə durmadan artır? - VİDEO
-
“Putinlə danışıqlar gözəl keçib“ - İran XİN başçısı
-
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
-
Ərdoğan Trampla görüşdü - Bu məsələlər müzakirə olunub
-
Böyükşor gölündə naməlum köpüklənmə nədir? - VİDEO
-
NATO ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər - Siyarto
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qürurla qeyd edirik
-
Qarabağ bizimdir! Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu
-
Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Müştəri ilə tanış olmaq istədi, saxlanıldı - VİDEO
-
Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul etdi - FOTO
-
“İsrail atəşkəsi pozmazsa, İran ona əməl edəcək“ - Pezeşkian
-
Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olunub?- FOTOLAR
-
Azərbaycan-İran sərhədində radiasiya varmı? - BİRGƏ MƏLUMAT
-
Prezidentdən güzəştli mənzillərlə bağlı - Fərman
-
Sabunçu rayonunda yanğın - 22 nəfər təxliyə edildi
-
Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa... - Jurnalistlər haqqında daha bir qərar verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə qaldığı həyətdən 10 minlik oğurluq etdi - Məhkəmə qərarı
-
Rusiya Dnepri ballistik raketlərlə vurub - 7 nəfər ölüb, 70 nəfər yaralanıb
-
Son 6 ildə Azərbaycanda ərzaq məhsulları nə qədər bahalanıb? - Siyahı
-
Dövlət buğdanı 400 manata alacaq - Baş nazirdən QƏRAR
-
NATO-nun ən bahalı sammiti başlayır - Dəqiqəsi 1 milyon avroya başa gələcək
-
Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var - İlham Əliyev
-
“Onlara uzunmüddətli kreditlər verilməlidir ki...“ - Siyavuş Novruzov
-
İran Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində 600 nəfər həlak olub
-
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib - XİN açıqladı
-
Sabuncu rayonunda qanunsuz tikinti aparan Namiq Məmmədov kimdri? - FOTO/VİDEO
-
Nişan mərasimində davaya görə 3 nəfər saxlanıldı - VİDEO
-
"Martin öz elədiyi əməlləri ört-basdır edir" - Dövlətə xəyanətdə təqsirləndirilən şəxs
-
İlham Əliyev Mingəçevirdə qəbullar keçirdi - FOTOLAR
-
Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
-
Regionlar üzrə ipoteka ilə ev almaqda hansı fərqlər var? - AÇIQLAMA
-
“Aktrisa həddini aşdı, yaxşıca döydüm” - Pərvin Abiyeva
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi - Fotolar
-
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - Sabahın havası
-
Atəşkəs pozuldu - İran İsrailə raket zərbələri endirib
-
Dünən kartlardan 10 mindən çox pul oğurlanıb - DİN
-
Milli Məclis Ali Baş Komandanı təbrik etdi
-
Sumqayıtda yaşayış binasında yanğın oldu - VİDEO
-
Bayılda illərdir həllini tapmayan problem - VİDEO
-
“İsrail və İran tam atəşkəs barədə razılığa gəliblər” - Tramp
-
“Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır“ - İlham Əliyev
-
Saxta olduğu bildirilən olimpiada ətrafında qalmaqal böyüyür - VİDEO
-
“8 Noyabr” ölkəmizin ən böyük elektrik stansiyasıdır - İlham Əliyev
-
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - VİDEO
-
İsrailin Beer-Şeva şəhərində böyük dağıntılar var - FOTOLAR
-
Problemli kreditlərdən necə xilas ola bilərik? - VİDEO
-
Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərar
-
“ABŞ-nin İrana zərbələri Tehranı atom bombası yaratmağa sövq edə bilər“ - KİV
-
Binəqədi rayonunda icarəyə götürülən obyektdə qanunsuz tikinti aparılır - FOTO/VİDEO
-
“Grandmart”da müdir meneceri bıçaqladı - Müştərilərin narazılığına görə mübahisə ediblər
-
Dondurma alarkən bunlara mütləq diqqət edin - Şirin təhlükə
-
“ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq“ - Türkiyə XİN
-
“İmperator Hall“da toyda DAVA: Bəy tərəflər arasında qaldı
-
“Tramp təkcə İranla razılaşmalara deyil, eləcə də seçicilərinə xəyanət edib“ - Rəsmi Tehran
-
Kazinoların leqallaşması gündəmdə: Azərbaycan turizmi üçün yeni fürsət
-
Bakıda skuterlərdən gələn təhlükə - Nə etməli?
-
“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev
-
Dağlıq rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - Sabahın havası
-
“İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb“ - “Reuters“
-
Rosqvardiyanın azərbaycanlı idarə rəis həbs edildi - Nə baş verib?
-
Dayısını bıçaqladıqdan sonra domino oynamağa gedib - CİNAYƏTİN TƏFƏRRÜATI
-
“Yaxın Şərqdəki vəziyyətdən narahatıq“ - Qazaxıstan XİN
-
25 il vəzifədə çalışan şəxs məhkəmədə həbs edildi - 850 minlik kredit ayıracaqmış...
-
Bu çörək şirkəti vətəndaşların həyatı ilə oynayır - FOTO
-
İranın nüvə obyektləri yaxınlığında radiasiya səviyyəsində artım qeydə alınmayıb - MAQATE
-
Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?
-
30 min dollarlıq tender dələduzluğa - “Paradise M“ MMC
-
“Məni tapança ilə öldürmək lazımdır“ - Nazimdən maraqlı şərh (VİDEO)
-
İrandan qisas hücumu - 30 raketlə 10 fərqli hədəf vurulub + VİDEO
-
Sənətçinin intim görüntüləri çəkilib? - Şok iddia - Video
-
Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq - İran XİN
-
Axundun qaçırdığı 16 yaşlı qız danışdı - VİDEO
-
Prezidenti Administrasiyası rəsmilərinin qəbul günləri - CƏDVƏL
-
“Nüvə sektorunu inkişaf etdirməyə davam edəcəyik“ - İran Atom Enerjisi Təşkilatı
-
Azərbaycanda oynaq xəstəlikləri: Hansı yaş qrupları risk altındadır?
-
İranda radiasiya təhlükəsi - Əhalini bu əraziləri tərk etməyə çağırdılar
-
Qadın sahibkarla icra hakimiyyəti arasında gərginlik - VİDEO
-
ABŞ İranın 3 nüvə obyektini bombaladı - “Fordodakı nüvə obyekti tam məhv edilib” + VİDEO
-
37 kənddə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Jurnalist olduğunu deyən xanım məhkəmədə həbs edildi - Tanışını nazirliyə işə düzəldəcəkmiş…
-
“Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək“ - Ceyhun Bayramov
-
İftixar Qurbanov işdən çıxarıldı - Yerinə tanınmış həkim təyin edildi
-
DTX-nin saxladığı eks-icra başçısı həbs olundu - 4 ay
-
Səhnədə azyaşlı qızı başından tutub qaldırdı - VİDEO
-
Azərbaycan turizminin gələcək açarı: Kazino sənayesi leqallaşdırılsa, bunlar baş verəcək
-
Tələbə sayı 75 min nəfərə qaldırılır - Ekspert detalları açıqladı
-
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb - Açıqlama
-
“Qarabağ” regionun ən böyük klubudur” - Yeni transfer
-
Azərbaycanda quş qripi aşkarlanıb? - RƏSMİ
-
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək - SİYAHI
-
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
-
Bəşər Əsədin əmisi oğlu saxlandı - Ağır cinayətlərdə ittiham olunur
-
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var - Pulu xidməti otağında veribmiş
-
Musa Şəkiliyevin övladları hansı işlə məşğuldur? - Şirkətlər, restoranlar...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
-
“İran qalib gələcək, Türkiyə və İslam dünyası İranın yanındadır“ - Ərdoğan
-
Azərbaycanda əhali gündə nə qədər ət yeyir? - Rəsmi statistika
-
Məmurlarımız Şimali kiprdən saxta diplom alıb? - ŞOK İDDİA
-
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
-
“Sumqayıt Hospital“ın həkimi Elçin Yaqubovdan şikayət: “Ayaq vətərlərimi kəsib...“
-
Musa Şəkiliyev vəzifəsindən azad edildi - Sərəncam
-
Qadınlara qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüləri SAXLANILDI
-
“ABŞ-nın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq“ - İran XİN
-
Bu sayt və qəzetlərə pul ayrıldı - SİYAHI
-
Şuşa şəhərində görülmüş işlərin təəssüratı altındayam - Fransa səfiri
-
“Ali məktəblərdən qoparılan milyonlar...” – Sabiq deputat naziri ittiham etdi
-
“Hazırda regionun yeni bir müharibəyə dözümü yoxdur“ - Ərdoğan
TOP 10
ARXİV