Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstəririk”

Tarix 08.11.17, 1:08

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakiminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

“Qafqazinfo” xəbər verir ki, “Azəravtoyol”, “Ərzaq məhsullarının tədarükü və təchizatı” səhmdar cəmiyyətlərinın, Azərbaycanın ixrac assosiasiyaları rəhbərlərinin, 25 iri yerli şirkətin nümayəndəsinin iştirak etdiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən iqtisadiyyat naziri beynəlxalq platformada Əfqanıstanın ölkəmizi dəstəklədiyini vurğulayıb. Hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycan humanitar, hərbi təhsil və tibbi təlimlər, minalardan təmizləmə, mülki treninqlər sahələrində Əfqanıstana dəstək göstərir.

Ölkələrimiz ticarət, investisiya, İKT, xidmət və s. kimi iqtisadi sahələrdə də əməkdaşlıq edir. 2017-ci ilin fevralında Kabilə ixrac missiyası təşkil edilib və missiya çərçivəsində bir sıra Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub.

Görüşdə qeyd edilib ki, Azərbaycan 14-15 noyabrda Aşqabadda keçiriləcək Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) təmsil olunacaq. İqtisadi əlaqələrin genişləndirilməsi baxımdan müxtəlif sahələr üzrə hüquqi bazanın yaradılmasının əhəmiyyətini vurğulayan nazir Şahin Mustafayev hazırda ölkələrimiz arasında müzakirə edilən bir sıra sənədlərə, o cümlədən İqtisadi və Ticarət Əməkdaşlığı haqqında Sazişə dair fikirlərini bölüşüb.

Diqqətə çatdırılıb ki, Azərbaycan məhsullarının Əfqanıstana ixracı, ölkəmizin tranzit potensialından istifadə, tikinti sahəsində əməkdaşlıq üçün imkanlar genişdir.

Bildirilib ki, bu ilin 9 ayında Azərbaycandan keçməklə Avropadan Əfqanıstana hərəkət edən TIR-ların sayı 5 dəfəyə yaxın artıb. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini xatırladan nazir Şahin Mustafayev bu mühüm əhəmiyyətli dəmir yolu xəttinin Əfqanıstan daşımaları üçün böyük imkanlar yaratdığını vurğulayıb. Bundan başqa, Əfqanıstanda yerləşən NATO qüvvələrinin tələbatını ödəmək məqsədilə Azərbaycan şirkətləri onları qida və geyimlə təchiz edə və ya bu sahədə birgə müəssisələr yaradıla bilər. Nazir Şahin Mustafayev Bakının da namizəd şəhərlər sırasında olduğu “EXPO 2025” beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinə Əfqanıstanın dəstək olmasını xahiş edib.

 Eklil Əhməd Hakimi ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini vurğulayıb.

Qeyd olunub ki, müxtəlif sahələrdə, eləcə də iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün hüquqi sənədlərin və müvafiq yol xəritələrinin hazırlanması vacibdir.



Xəbərin oxunma sayı : 118




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap