Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bakı Kart“ın “yararsız pul“ problemi

Tarix 20.02.18, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


Metro və bəzi avtobusların ödənişi "Bakı Kart" vasitəsilə həyata keçirilir. Amma şəhərin bəzi ərazilərində qurulan "Bakı Kart" terminallarında tez-tez problemlər yaranır.
 
AzFakt.com Sputnik-ə xəbər verir ki, Elyar İslam adlı vətəndaş "Bakı Kart"da olan problemlərdən şikayət edib. O bildirib ki, dünən səhər saatlarında Heydər Əliyev prospektində üzərində saat olan binanın yaxınlığındakı dayanacaqda "Bakı Kart” terminalı işləməyib: "Terminal qəpik qəbul etmirdi. Dayanacaqda yağışın altında xeyli insan qalmışdı. Ümumiyyətlə, bu terminalların tez-tez sıradan çıxdığını görürük. Gah yeni kart vermir, gah qəpik, gah da kağız pul qəbul etmir. Bir sözlə, problemlidir. Xahiş edirik, bu problemin səbəbini araşdırasınız".
 
"Bakı Kart"-ın mətbuat xidmətindən bildirilib ki, yaranmış problemdən artıq məlumatlıdırlar. Müraciət dərhal araşdırılıb və problemin səbəbi müəyyən olunub: "Müəyyən edilib ki, 18 fevral tarixində saat 10:18-də terminalda qəpik ilişməsi olub. Terminalın işləməməsi səbəbilə, saat 11:10-da baxış keçirilib. Bu zaman qəpik qəbul edən hissədə paslı və əyilmiş, istifadə üçün yararsız 20 qəpik aşkarlanıb. Ona görə də terminalın qəpik qəbulu işləməyib. Ümumiyyətlə, bu hallar yalnız yararsız qəpik və ya kağız əsginas (əyri qəpik, əzik, kəsik kağız pul) terminala yükləndikdə baş verir. İstər "Bakı Kart", istərsə də digər terminallar olsun, yararsız pul qəbul etdikdə terminalda problem yaranır".



Xəbərin oxunma sayı : 268




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap