Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Bakı Nəqliyyat Agentliyi hiyləgərliyin yolunu da tapıb…” – Millət vəkili

Tarix 18.05.19, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm

Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən.Bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir:

“Piyada keçidlərində rəngi pozulmuş zolaqların rənglənməsini əvvəllər Dövlət Yol Polisi yerinə yetirirdi. Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan gündən nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə “Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu. Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. BNA hiyləgərliyin yolunu da tapıb, yüksək dövlət məmurlarının daim hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər. Lakin mərkəzi yoldan uzaq yerləri yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.

Millət vəkili boyanın keyfiyyəti məsələsinə də toxunub:“Əslində, ağ boyanın keyfiyyəti ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa “zibili” qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə yeni rənglənən yer bir neçə həftədən sonra asfaltın rəngindən seçilmir. Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər?”

Millət vəkili təklifini də irəli sürüb:“Aydındır ki, bizdə yol mədəniyyəti də çox aşağı səviyyədədir. Avtomobil sürücülərinin mütləq əksəriyyəti “Keçid” yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmır. O halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir. Nə fərqi var, rəng eynidir, yerdə olmasın, göydə olsun. Vətəndaşlar bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər. Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.(axar.az)



Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap