Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bakıda çoxlu sayda türk azarkeşimiz olacaq“ - Hamit Altıntop

Tarix 20.02.20, 1:18

Font ölçüsü : - / +
bitmap-img6


"Avropa çempionatındakı qrupumuz çox mürəkkəbdir. Amma biz məmnunnuq. İtaliyaya qarşı ilk oyun motivasiya üçün yaxşı olacaq. Çünki hər kəs bu matçı izləyəcək".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop "Noticiasaominuto" nəşrinə geniş müsahibəsində "ay-ulduzlular"ın AVRO-2020-dəki şansları barədə danışarkən deyib.

38 yaşlı sabiq yarımmüdafiəçi bildirib ki, İtaliya ilə görüşdə qalib gəlsələr və ya heç-heçə etsələr, əla olacaq: "Sonra bizə öz ölkəmiz kimi olan Azərbaycanın paytaxtı Bakıda iki qarşılaşma keçirəcəyik. Stadionda çoxlu sayda türk azarkeşimiz olacaq. Növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız var. Yaxşı oyunçulardan ibarət gənc komandamız mövcuddur. Bu çempionat komandanın gələcəyi üçün yaxşı bir təcrübə olacaq".

Ölkəsində "Qalatasaray", Almaniyada "Bavariya", İspaniyada isə "Real Madrid"in formasını geyinmiş sabiq yarımmüdafiəçi yığmanın çempionatda nəyə qadir ola biləcəyi barədə suala da cavab verib: "İlk oyunun necə getdiyini görmək lazımdır. Bu matçlarda bir az şansa da ehtiyacımız var. Təsnifat mərhələsində dünya çempionu olan Fransanı məğlub etdik. Yaxşı gündə istənilən rəqibi məğlub edə bilərik".

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.



Xəbərin oxunma sayı : 682




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap