Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilib” – BNA

Tarix 29.03.20, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar martın 30-dan  xidmətə başlayacaq. 

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.

Təşkil olunacaq ekspres xətləri:

1. M3  Koroğlu m/st – 28 May m/st.

2. M4 20 Yanvar m/st – S.Vurğun bağı

3. M5 Koroğlu m/st – 20 Yanvar m/st

4. M6 Əhmədli m/st – S.Vurğun bağı

5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.

M3,  M4,  M5,  M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.

Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edilir.



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap