Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bakıda gördüyümüz qara quşlar qarğa deyil” – Parklarda, binalarda uçanlar hansı quşdur?

Tarix 17.12.18, 10:32

Font ölçüsü : - / +
bitmap-img6


“Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir. İnsanlar zağcaları qarğaya oxşadırlar və buna görə də hesab edirlər ki, Bakıda qarğaların sayı artıb”.

Bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib. O bildirib ki, Bakının mərkəzində insanların çox sayda gördükləri və qarğa sandıqları quşlar əslində qarğa deyil, qarğalar fəsiləsinə aid olan zağcalardır: “Bu quşlar elə qarğaya bənzər səs çıxarırlar. Zağcalar Rusiyada kütləvi yuvalayan quşlardır, Azərbaycanda isə onlara yalnız düzən ərazilərdə az miqdarda rast gəlinir”.

E.Sultanov qeyd edib ki, Bakının mərkəzində – parklarda, binaların damlarında və s. yerlərdə gördüyümüz zağcalar Azərbaycana oktyabrın əvvəllərində Rusiyadan gəlir və fevralın sonu, martda geri qayıdırlar: “Bu quşların çox hissəsi milli parklarda, qoruqlarda qışlayırlar. Bakıda da Botanika bağının ətrafında 5000-ə qədər zağcaya rast gəlmək olar. Eyni zamanda parklarda da gecələyirlər”.

Qarğalara gəldikdə, E.Sultanov qeyd edib ki, Azərbaycanda qara qarğaya adətən rast gəlinmir. Qara qarğa Fransa və Şərqi Sibirdə yaşayır. Ala qarğaya isə ölkəmizdə yay aylarında az miqdarda rast gəlmək olar. Alimin sözlərinə görə, ümumilikdə Azərbaycan təbiətində ala qarğa çox sayda olmasa da, həmişə olub. Amma Bakıda və Abşeron yarımadasında əvvəllər ala qarğa heç olmadığı halda, son 10-15 ildə bu ərazilərdə də artıq ala qarğaya rast gəlmək mümkündür:

“Şəhər yerlərində ala qarğanın olması o qədər də xoşagələn deyil. Çünki onlar zibilxanalara girir, kiçik quşların balalarını öldürür, yumurtalarını daşıyır, bəzən elə kiçik quşların özünü də öldürərək yeyirlər. Bu quşlar bir növ şəhərdə “quldurluq” edirlər. Digər tərəfdən, bu quşların xoşagəlməz səsi və görünüşü var. Şəhərdə payız bülbülünün, qaratoyuğun, yaşılcanın çox olması yaxşıdır. Amma ümumiyyətlə, qarğalar dəyişən şəraitə çox tez uyğunlaşırlar. Ona görə də onlara bütün iri şəhərlərdə rast gəlmək olar”.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap