Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bakıda keçirilən finalı gözdən salmaq üçün dəridən-qabıqdan çıxanlar...” - YAP Siyasi Şurasının üzvü

Tarix 03.06.19, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


“Ötən ay paytaxt Bakı dünya idman tarixinin daha bir möhtəşəm hadisəsinə ev sahibliyi etdi. Özü də yüksək səviyyədə”. 

AzFakt.com xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, UEFA Avropa Liqasının final qarşılaşması kifayət qədər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində keçdi. İstər final oyununun keçirildiyi vaxt, istərsə də digər günlərdə Bakıda lazım olan bütün tədbirlər görülmüşdü. 

Vüqar Rəhimzadə bildirib ki, ötən həftə UEFA Çempionlar Liqasının Madriddə keçirilən final qarşılaşmasında ciddi nöqsanlar qeydə alınıb: “Belə ki, oyun arəfəsində saxta bilet satanlar peyda olub və ispan polisi bu şəxsləri həbs edib. Qara bazarlarda biletin qiyməti 10 min dollardan 31 min dollar arasında qədər dəyişib. Bununla yanaşı, turistlər otellerdə qiymətlərin bahalığından şikayətləniblər, hətta bəzi insanlar başqa bölgələrdə kirayə ev tutmaq məcburiyyətində qalıblar. Müşahidə olunan nöqsanlar bununla bitmir. Oyun ərəfəsində Madriddə böyük tıxaclar yaşanıb və insanlar məhdudiyyətlərlə qaşılaşıblar. Hətta bəzi bileti olanlar belə stadiona daxil ola bilməyiblər. Bir sözlə, UEFA Çempionlar Liqasının finalı gözlənildiyi kimi, yüksək təşkilatçılıq şəraitində baş tutmayıb”.  

Vüqar Rəhimzadə əlavə edib ki, sadalanan bu və digər faktlar UEFA Avropa Liqasının Bakıda keçirilən final qarşılaşmasını qaralamağa çalışanlar üçün əsaslı cavab oldu: “Azərbaycanın uğurlarını gözü götürməyən, erməni və ermənipərəst qüvvələrin dəstəyi ilə hərəkət edən, hər fürsətdə bizi ləkələməyə cəhd edən bəzi “qüvvələr” nədənsə, “Madrid finalı” ilə bağlı baş verən neqativ hadisələr qarşısında susqunluq nümayiş etdirirlər. Bakıda keçirilən möhtəşəm finalı gözdən salmaq üçün dəridən-qabıqdan çıxan bu ünsürlər görünür, Madriddə baş verənlərə heç cür bəraət qazandıra bilmirlər. Bütün bunlara rəğmən dünya ictimaiyyəti gördü ki, Bakı Avropanın “futbol şəhərlərindən” heç də geri qalmır, hətta onlardan daha üstündür”. 



Xəbərin oxunma sayı : 253




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap