Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda nazirliklərlə işləyən sahibkarın qoluna qandal vurub tualetə saldılar - milyonluq işlərin “qisası”

Tarix 06.01.17, 3:03

Font ölçüsü : - / +
bitmap-img6


Rəsmi müqavilələr əsasında nazirliklərlə iş görən qardaşlar da “MTN mafisyası”nın qurbanı olmaqdan canlarını qurtara bilməyiblər. Nazirliklərlə imzalanan milyonluq müqavilələr sahibkar qardaşları da MTN-nin caynağına düşməsinə səbəb olub. əvvəlcə qardaşların telefon danışıqları dinlənilib, ardınca isə onlardan biri MTN-ə gətirilərək döyülüb.

Musavat.com xəbər verir ki, ləğv edilmiş MTN-nin vəzifəli şəxslərinə qarşı açılmış cinayət işinin materiallarında zərərçəkmiş şəxslər sırasında “Qardaşlar mebel” MMC-nin həmtəsisçisi və rəhbəri olan Əli Mirzəyevin də adı var.

Nazirliklə 2,5 milyonluq müqavilə

O, istintaqa ifadəsində MTN əməkdaşalrı ilə görüşünü, necə döyülməsini danışıb. Zərərçəkmiş Əli Mirzəyev ifadəsində göstərib ki, “Qardaşlar mebel” MMC-ni qardaşı İbrahim Mirzəyevlə birlikdə 2012-ci ildə təsis ediblər və fəaliyyətləri mebel istehsalından ibarət olub. 
Ə.Mirzəyev deyib ki, 2013-cü ildə Müdafiə Nazirliyi ilə 2 milyon 500 min manat dəyərində 1500-2000 ədəd əsgər çarpayısını hazırlayıb verməyi öhdəsinə götürüb və bunun üçün qanuni müqavilə bağlanıb.

Onun sözlərinə görə, müqavilə şərtlərinin tam icra edilib tamamlanmasına az qalmış, təxminən 2014-cü ilin yanvarında, uşağını bağçaya apararkən 3 avtomobillə onun qarşısını kəsiblər.

Həmin şəxslərdən biri özünü MTN-nin əməkdaşı Samir Mehdiyev kimi təqdim edib. Əli Mirzəyevdən MTN-ə gələmək tələb olub. Sürücüsü Toğrul Bayramzadənin də orada olduğunu deyən Əli Mirzəyev bu hadisədən sonra onun işdən çıxdığını da əlavə edib.

“Yaz ki, Müdafiə Nazirliyinə rüşvət vermisən”

“MTN əməkdaşlarının müşayiəti ilə uşağı bağçaya qoydum. Sürücüm avtomobillə çıxıb getdi. Onların maşınına minib MTN-ə getdim. Samir Mehdiyevin davranışından onu əməliyyata rəhbərlik etdiyini başa düşdüm. MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş idarəsinə aparılıdım 30 dəqiqədən sonra şöbə rəisi kimi özünü təqdim edən şəxs məni qəbul edərək çox kobud şəkildə danışmağa başladı. Telefon danışıqlarıma istinad etdiyindən bildim ki, məni dinləyiblər. Mənə kobud şəkildə dedi ki, “sən Müdafiə  Nazirliyi ilə işləyirsən, sən ərizə yaz ki, onlara rüşvət vermisən”. Mən rüşvət vermədiyim halda bunu edə bilməyəcəyimi bildirdim. Şantaj etməyə, hədə-qorxu gəlməyə başladı. Dedi ki, “sənin telefon danışıqlarından hər şey üzə çıxara bilərik”. Sonra 20 min manat pul tələb etdi. Möhürlü məhkəmə qərarı göstərib həbs ediləcəyimi söylədi. Qorxduğum üçün bu tələblə razılaşdım. Oradan çıxıb qardaşımdan 20 mini götürməyə getdim. Geri qayıdıb, pulu təhvil verdim. Bundan sonra Müdafiə Nazirliyinə nə dedilərsə, onlar bizə sifariş vermədilər”- deyə Mirzəyev MTN zabitinin otağında olanalrı danışarkən deyib.

Sahibkar bununla da canını MTN-dən qurtara bilməyib. Növbəti dəfə 2014-cü ilin yayında MTN əməkdaşları bu dəfə onun ofisinə gəliblər.

Növbəti basqın ofisə

“Nəriman Nərimanov” metrostansiyasının yaxınlığındakı Aşıq Molla Cümə küçəsində yerləşən ofisdən çıxarkən 10 nəfərə yaxın şəxs Əli Mirzəyevi əhatəyə alıb. Özlərini MTN əməkdaşı kimi təqdim edərək onu ofisə qaldırıblar. Ofisdə axtarış aparan MTN əməkdaşları seyfdən 8-10 min manat pul, 2 noutbuk və bəzi sənədləri götürüblər.

Ofisdə aparılan axtarışa rəhbərliyin polkovnik Fizuli Əliyevin etdiyini deyən zərərçəkmiş orada digər MTN əməkdaşları Natiq Alıyev, Zaur Məmmədov və digərlərinin də olduğunu bildirib.

“Qandal vurub tualetə salmağı əmr etdi”

Zərərçəkmiş ifadəsinə əlavə edur: “Məni MTN-də 2-ci mərtəbəyə qaldıraraq dəhlizdə saxladılar. Fizüli Əliyevə pul verməyəcəyimi dedim. O, işçilərinin yanında məni təhqir etməyə başladı. Cavab qaytaranda Fizüli Əliyev və bir neçə MTN əməkdaşı məni döyməyə başladılar. Fizuli Əliyev qoluma qandal vurub tualetə salmağı əmr etdi. Zaur Məmmədov məni tualetə salaraq yumruqla başıma vurdu. Sonra Fizuli Əliyev olan otağa apardılar. O, dedi ki, “sən niyə ipə-sapa yatmırsan, niyə pul vermirsən? Biz də dolanmalıyıq”. Belində olan gümüşü rəngli tapançasını da stolun üstünə qoyaraq məni hədələyirdi. Həmin gecə mən və bəzi işçilərim orada saxlanıldıq. Səhər bizi MTN-nin yaxınlığında olan “Sultan” kafesinə apardılar. Orada Fizuli Əliyev buraxılmağım üçün 2 milyon tələb etdi. Sonra məbləği 1 milyona saldı. Bu məbləği verməyə imkanımın olmadığını dedim. Sonda 500 min tələb etdi və bildirdi ki, bunun müqabilində 3 il biznesimə toxunmayacaq. Başqa çıxış yolum olmadığı üçün razılaşdım”.

Zərərçəkmiş deyib ki, qardaşı ilə görüşüb başına gələnləri danışdıqdan sonra dostlarına müraciət edərək bu məbləği düzəldib, MTN əməkdaşı Natiq Alıyevə çatdırıb.

Bu iş üzrə digər zərərçəkmiş Göyuşov Mahal İnam oğludur. O, 3 il “Qardaşlar mebel” MMC-nin baş mühasibinin köməkçisi vəzifəsində işləyib. 

Mahal Göyüşov müdiri Əli Mirzəyevin 2014-cü ilin yanvarında Hərbi Əks-Kəşfiyyat Baş idarəsinin əməkdaşları tərəfindən tutulması və qeyd edilən idarəyə aparılmasına dair heç bir məlumatı olmadığını deyib. Lakin həmin ilin iyununda ofisə edilən basqın zamanı orada olduğunu bildirib.

“Fizuli Əliyev təpik, Natiq Alıyev yumruq vururdu”

O, da ifadəsində müdiri Əli Mirzəyevin MTN-də döyülməsini və təhqir edilməsini təsdiq edib: “Fizuli Əliyev və yanında olan Zaur Məmmədov, Natiq Alıyev və digər şəxslər Əli Mirzəyevi təhqir edirdi. Fizuli Əliyev təpik, Zaur Məmmədov və Natiq Alıyev isə sillə və yumruqla onu vurdular”.

İfadəsində MTN-də olanlardan çox qorxduğunu göstərən Göyüşov bu barədə heç kimə heç nə demədiyini də əlavə edib.

Bu iş üzrə adı çəkilən MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş idarənin 3-cü idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Samir Mehdiyev ifadə verib. 

O, deyib ki, həmin vəzifəyə 2014-cü ilin noyabr ayında təyin olunub. Bundan əvvəl həmin idarənin daxili qoşunlar üzrə şöbə rəisi vəzifəsində işləyib. Şöbə rəisi və bundan sonra idarə rəisi vəzifəsində işlədiyi zaman iş otağı Baş idarənin binasının 2-ci mərtəbəsində yerləşib. Şöbə rəisi vəzifəsində işlədiyi zaman 3-cü idarənin rəisi polkovnik-leytenant Elman Tahirov olub. Onun sözlərinə görə, Hərbi Əks-Kəşfiyyat idarəsinin fəaliyyəti ilə bağlı idarəyə çağırılmış hər hansı vətəndaşın buraxılması yalnız Baş İdarənin rəisinin icazəsi ilə mümkündür.

Sahibkar İrana işləyir, nazirliklərdən məlumat yığırmış

S.Mehdiyev bildirib ki, “Qardaşlar mebel” MMC-nin təsisçisi və müdiri Əli Mirzəyev barəsində əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat 3-cü idarənin rəisinə məruzə olunub və rəisin göstərişi ilə sahibakrın ətrafında əməliyyat tədbirləri keçirilib.

“Əli Mirzəyev barədə daxil olmuş əməliyyat məlumatlarından həmin şəxsin dindar olması, İran vətəndaşları ilə əlaqələr saxlaması məlum oldu. Həmçinin tenderdə qalib gəlməklə Müdafiə Nazirliyi və DİN-nin Daxili Qoşunları ilə bağlanmış müqavilələr əsasında rəhbərlik etdiyi MMC tərəfindən əsgərlər üçün müəyyən miqdarda çarpayılar istehsal edilməsi nəticəsində həmin hərbi hissələrin şəxsi heyəti barədə mümkün məlumatları əldə etmək imkanlarına malik olması göründü. İdarə rəisi həmin şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə dair müvafiq razılıq verdi. 3-cü idarənin rəisi vəsatətlə nazirə müraciət etdikdən sonra, prokurorun təqdimatı ilə Səbail Rayon Məhkəməsinin qərarı əsasında Əli Mirzəyevin ətrafında müvafiq əməliyyat tədbirlərinin keçirilməsinə icazə verildi”- deyə MTN zabiti dindirilərkən deyib.

O, deyib ki, Əli Mirzəyevi MTN-ə gətirilməsi barədə məlumatlı olsa da onunla söhbətlərdə iştirak etməyib və ona qarşı hansısa qanunsuz əməllərin törədilməsindən xəbərsizdir.

İstintaq zamanı “Qardaşlar mebel” MMC-nin həmtəsisçisi İbrahim Mirzəyev də dindirilib. O, qardaşının iki dəfə MTN əməkdaşları tərəfindən saxlanılmasını təsdiq edərək, qardaşının ona danışdıqlarını ifadəsində qeyd edib.

Sahibkar qardaşlara qarşı qanunsuzluqda təqsirləndirilən MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Fizuli Əliyev, 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev və 1-ci idarənin sabiq rəis müavini Zaur Məmmədov isə deyilən ittihamlarla razılaşmırlar.



Xəbərin oxunma sayı : 1789




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap