Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq” – Fuad Nağıyev

Tarix 11.12.19, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən Bakıda turistlər üçün dəstək mərkəzi yaradılacaq.

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, turistlər onları maraqlandıran məlumatları həm mərkəzdə, həm də istifadəyə veriləcək dörd rəqəmli “qaynar xətt” vasitəsilə əldə edə biləcəklər.

“Mərkəzin yerləşəcəyi yer artıq müəyyənləşib və konsepsiyası hazırlanıb. Hazırda mərkəzin digər dövlət qurumlarının da prosesdə iştirakını nəzərə alaraq fəaliyyətinə dair tələb olunan zəruri proqram təminatının yaradılması istiqamətində işlər aparılır. Düşünürük ki, bu mərkəz gələn ilin turizm mövsümünə qədər fəaliyyətə başlayacaq”, – deyə F. Nağıyev qeyd edib.

Agentliyinin sədri əlavə edib ki, bu gün paytaxtda (Bakı Dənizkənarı Parkda, hava limanında və Nizami küçəsində) üç turizm informasiya mərkəzi fəaliyyət göstərir.

“Mərkəzlərdə Agentliyin əməkdaşları turistləri maraqlandıran mövzular ilə bağlı onları məlumatlandırırlar. Bəzən isə elə məsələlər olur ki, turistlərə  agentliyin səlahiyyətinə aid olmayan məsələlər ilə bağlı köməklik göstərə bilmirik. Yaradılmasını nəzərdə tutduğumuz dəstək mərkəzinin, informasiya mərkəzlərindən fərqli olaraq əsas funksiyası, turistlərin müraciətlərinin vahid mərkəzdən koordinasiya edilməsinə nail olmaqdır”, – deyə Agentliyin sədri bildirib. /APA



Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap