Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi
Axtar
 
  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

“Bakcell” müştəri hüquqlarını pozur – Şəxsi məlumatlar kənara necə ötürülür?

Tarix 12.09.17, 0:13

Font ölçüsü : - / +
bitmap-img6


Mobil operaorların yersiz sms reaklamları ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib ictimailəşdirilsə də, təəssüflər olsun ki, problem problem olaraq qalır.

Demək olar ki, hər gün sosial şəbəkələrdə mobil operatorlarla bağlı kütləvi narazılığın şahidi oluruq.Unikal.org bildirir ki, son günlər mediada daha çox tənqidi yazıların mövzusu olan “Bakcell”in daha bir qanunsuzluğu insanların narazılığına səbəb olub.
Yəqin ki, yeni fəaliyyətə başlayan klinika, su filtiri satışı ilə məşğul olan firmalardan müəyyən endirim kampaniyaları barədə siz oxuculara da reklam motivli zənglər daxil olur.

Sosial şəbəkələrdə “Bakcell” abunəçiləri yazırlar ki, yeni açılan klinikalardan onlara zəng edərək orada müayinə olunmağa dəvət edirlər. İnsanları narahat edən səbəb isə onların nömrələrinin bu kimi klinika və şirkətlərin əlinə necə keçməsidir.Vətəndaşların iddiasına görə, mobil operator müştəri informasiya bazasını pul müqabilində həmin klinika və firmalara satır. Bunun nə qədər real olub-olmadığını deyə bilməsək də, sözügedən məsələnin abonentlərin hüquqlarının kəskin şəkildə pozulmasıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a deyib ki, bu məsələ ilə bağlı dəfələrlə mobil operatorlarla danışıq aparıb: “Təkcə klinikalardan yox, çoxsaylı kampaniyalar və.s. ilə bağlı bu tip zənglər gəlir. Biz bu məsələ ilə bağlı mobil operatorlarla danışıqlar aparmışıq. Onlar deyirlər ki, bütün bunları onların müqavilə bağladığı şirkətlər edirlər. Vətəndaşların nömrəsi və onlar haqqında informasiya şirkətlərə məlum olmamalıdır. Mobil operatorlar istehlakçı hüquqlarını pozub onların nömrələrini həmin şirkətlərə verirlər. Ölkədə korrupsiyaya qarşı tədbirlər başlayandan bəri dövlət orqanları və biznes qurumları korrupsiyadan yayınmaq üçün bu tip MMC-lərlə müqavilələr bağlayıb maddi maraqları olan məsələləri icra edirlər. Bununla da məzuliyyətdən yayınırlar”.



Xəbərin oxunma sayı : 385

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda