Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Bakcell Arena“ üçün büdcədən ayrılan 20 min manat hər ay kimin cibinə gedir?

Tarix 17.02.18, 3:20

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə stadionun ot örtüyünün qısa müddətdə saralaraq bərbad duruma düşməsi hələ də futbol ictimaiyyətinin, idman mediasının gündəm mövzusudur. Qazonun dəyişdirilməsini boynuna götürən Şotlandiyanın SİS şirlkəti işini düzgün yerinə yetirməyib. Məhz onların yarıtmaz fəaliyyəti hazırkı durumu ortaya çıxardıb. Çünki qazon üçün toxum düzgün seçilməyib, istilik sistemi quraşdırılmayıb, vaxtında lazımı gübrələr verilməyib. Təbii ki, sonradan qazona nəzarəti SİS-dən təhvil alan “Agrosport” şirkəti də işini məsuliyyətlə yerinə yetirməyib. 

AFFA-nın baş katibi Elxan Məmmədova yaxınlığı ilə seçilən (hətta deyilənə görə, “Agrosport”un payçıları sırasında baş katibin də adı var) bu şirkətlər uğursuz fəaliyyətə rəğmən Azərbaycan futbolundakı fəaliyyətini davam etdirir. Gəncə stadionundan başqa "Dalğa Arena", "Bakcel Arena", BOS, "Neftçi"nin bazasındakı meydançalara da sözügedən şirkətlər nəzarət edir. 
 
"Bakcel Arena"dan söz düşmüşkən, bizdə olan məlumata görə, hər ay büdcədən bu stadionun qazonuna qulluq üçün 20 min manat vəsait ayrılır. Amma ortada bir məsələ var: bu vəsaitə ehtoyac varmı? Çünki ötən ilin sonunda jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, "Bakcel Arena"nı məhz "Bakcell" şirkətindən sponsorluq qarşılığı gələn vəsait hesabına saxlayırlar. Elədirsə, hər ay büdcədən stadion üçün nəzərdə tutulan 20 min manat kimin cibinə gedir, çox maraqlıdır.(rekord)



Xəbərin oxunma sayı : 172




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap