Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? – Narazılıq

Tarix 12.08.17, 5:18

Font ölçüsü : - / +
bitmap-img6


Mobil operatorlar həm istehlakçı hüququnu, həm də ölkənin maliyyə-pul nizamlamasını kobud şəkildə pozurlar.


Tez-tez mediada, sosial şəbəkələrdə, yaxud ətrafımızdakı insanlardan söhbətlərdə mobil operatorlar barədə narazılıqlar eşidirik. Bu günlərdə millət vəkili Fazil Mustafanın xidmətlərdən narazılığını ictimailəşdirməsi məsələni bir daha gündəmə daşıdı.

“Azercell” ve “Bakcell” nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq üçün xüsusi bir müraciət etmirsən. Zəng vurursan mobil operatora, deyir ki, bu, bizim xidmət deyil. Filan nömrə ilə əlaqə saxlayın, bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən başqa kimdənsə ala bilməz. Nə isə, zəng vurursan deyilən nömrəyə bir nəfər, ya xanım, ya bəy cavab verir ki, siz internetde filan saytlara girdikdə bizim xidmətə qoşulmuş sayılırsınız. Və beləcə hətta xidməti ləğv etmək üçün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim kimi harada tutdu, çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdur. “Stop” yazıb durdurmağa isə 2 AZN pul çıxılır...”


Fazil Mustafa - Millət vəkili
Millət vəkilinin şikayətindən sonra sosial şəbəkələrdə mobil operatorlara qarşı ardı-arası kəsilməyən narazılıqlar səsləndirilməyə başlandı. Kimi hesabından haqsız yerə pul silinməsindən, kimi naməlum yollarla müxtəlif kampaniyalara qoşulma və sonra da bu yolla “soyulmasından”, kimsə əlacsız qalıb götürdüyü kreditin faizindən şikayətləndi. Çox uzağa getməyək, elə mobil operator istifadəçisi olaraq bu mənada bizi də narahat edən məqamlar çoxdur.  Ona görə də məsələni bir daha araşdırmaq qərarına gəldik.
 
Kəllə-çarx faizlə təklif edilən kreditlərdən başladıq. “Bakcell” istifadəçisi İmran Mustafayev “kredit qurbanları”ndandır və o deyir: “Mən çalışıram ki, daha kredit götürməyim. Çünki çox haqsızlıq edirlər. Məsələn, 1 manat kredit götürürəm, əvəzində 1,25 manat (1 AZN 25 qəpik) ödəyirəm. Mənim nömrədən istifadə müddətimə görə 3 dəfə kredit götürmə imkanım var. İndi hesablayın, 3 AZN borcu ödəmək üçün gərək balansımdan 3, 75 AZN silinsin”


İmran Mustafayev - "Bakcell" istifadəçisi
İmran Mustafayev bildirir ki, “Bakcell” kredit verən zaman komission xərci də çıxır: “Deməli, 1 AZN kredit istəyəndə sənin balansına 1 AZN yüklənmir. 0, 05 AZN (5 qəpik) bəri başdan çıxılır. Bu da onların komissiya haqqıdır. Harda görünüb ki, 5 komisiya haqqı olsun. Komissiya haqqı, ümumiyyətlə, olmamalıdır. Olsa belə, 1-2 -dən artıq olmaya gərək”.
 
Araşdırmamız zamanı şahid olduq ki, həqiqətən də, “Bakcell” krediti 25-lə verir. Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək üçün iqtisadçı-ekspert Cəfər İbrahimova müraciət etdik.


Cəfər İbrahimov - İqtisadçı
Ekspert deyir ki, bu, çox yüksək faizdir və ölkənin kredit siyasətinə uyğun deyil:“1 AZN kreditin 1,25 AZN şəklində qaytarılması tələbi düzgün deyil. Hər halda, mobil operatorlar kreditlərini ölkənin maliyyə bazarındakı kredit indeksi ilə uyğunlaşdırmalıdır. Mən bildiyimə görə, mobil operatorların verdikləri kreditlərə Maliyyə Bazarına Nəzarət Palatası yaxud da bu kimi maliyyə idarələri nəzarət etmir. Onların kredit əmsalını bu təşkilatlar müəyyən etmir. Mobil operatorlar Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin (NRYTN) linseziyası əsasında fəaliyyət göstərir. Dolayısı ilə onların bu fəaliyyətinə də sözügedən nazirlik nəzarət etməlidir”.
 
Ekspert Osman Gündüz isə deyir ki, NRYTN-i mobil operatorların bu və ya bu kimi xidmətlərini müəyyən etmir: “NRYTN, sadəcə, mobil operatorlara linsenziya verir. Həmin linsenziya əsasında onlar fəaliyyət göstərir və xidmət çeşidlərini də özləri müəyyən edirlər. Ola bilsin ki, kredit faizini belə yüksək qoyublar ki, istifadə edən az olsun”


Osman Gündüz - "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru
Əgər mobil operatorlar kredit faizini istifadəçilərin sayının azadılması üçün belə yüksək qoyublarsa, nə üçün əks tendensiya müşahidə olunur? Bununla bağlı Feysbuk sosial şəbəkəsi üzərindən 100 nəfər “Bakcell” istifadəçisi arasında sorğu keçirdik. Sorğuda iştirak edən respondetlərdən 73 nəfəri ay ərzində, heç olmasa, bir dəfə kreditdən istifadə etdiklərini bildirdilər.
 
“Bakcell” son hesabatında 1 milyon aktiv istifadəçisi olduğunu açıqlamışdı. Bu hesabata əsaslanaraq, respondetlərimizin  sayını ümumi götürsək, “Bakcell” istifadəçilərinin 73 faizi demək olur. Əgər bu nəticə ilə də hesablamalarımızı davam etdirsək, onda “Bakcell”in hər ay kreditlərdən ən azı 182,500 AZN gəlir əldə etdiyini müəyyən etmiş olarıq. Görünür, mobil operatorlar heç də ekspertlərin düşündüyü kimi istifadəçilərin sayını azaltmaqda maraqlı olana oxşamırlar.
 
Ekspert Cəfər İbrahimov deyir ki, istifadəçilər mobil operatorların bu təklifindən imtina etməlidirlər: “Faizlər bu cür yüksək olduğu halda həmin kreditlərin istifadə edilməsi ağılasığmazdır. İçtifadəçilər həmin kreditdən imtina edib bankların kreditlərindən istifadə edə bilərlər. İlk baxışdan bu rəqəm kiçik görünsə də, ümumi aylar, illər üzrə hiss ediləcək bir məbləğ yarana bilər. Buna görə də hesab edirəm ki, istifadəçilər banklardan kredit kartı sifariş verib, “online” olaraq həmin kartlardan hesablarını artırmalıdırlar. Əvəzində də maksimum 2-3 faiz ödəməli olacaqlar”.



Ümumi mənzərə ilə bağlı, qiymətlər və xidmətlərin kefiyyəti ilə bağlı araşdırmalarımızın nəticəsi də ürəyaçan olmadı. Ekspert Osman Gündüzün mobil operatorlarımızın tarif və xidmət kefiyətləri ilə bağlı fikri belə oldu: “Azərbaycan mobil operatorlarını qonşu ölkələrinki ilə müqayisə edəndə qiymətlərin yüksək olduğunu görə bilirik. Onu da qeyd etmək istərdim ki, xidmət səviyyəsi də ödənilən pula uyğun deyil. Mən özüm də bölgələrdə olanda bunun şahidi oluram. Bəzən onların təklif etdiyi xidmətlərdən bölgələrdə istifadə etmək mümkün olmur”.
 
Şikayətçilərimiz “Bakcell” istifadəçiləri olduğu üçün araşdırmalarımızı əsasən bu istiqamətdə apardıq. Lakin bu, o demək deyil ki, digər mobil operatorlarda vəziyyət ürəyaçandır. Digər operatorlarda da sözügedən problemlər mövcuddur. Bundan əlavə, bütün operatorların istifadəçiləri heç bir əməlliyyat aparılmadan balansdan pul silinmə halının baş verdiyini deyirlər.
 
Ekspertlər hesab edir ki, mobil operatorlar yüksək qiymətə aşağı kefiyətli xidmət göstərirlər, müştəri məmnuniyyətini nəzərə almırlar, müxtəlif yollarla – ya birbaşa olaraq özləri, ya da ki, özlərinə bağlı olan şirkətlər vasitəsi ilə müştərilərindən “pul qopardırlar”. Bu da həm istehlakçı hüququnun, həm də ölkənin maliyyə-pul nizamlamasının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.






Xəbərin oxunma sayı : 574




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap