Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Balta zərbələrindən əli və barmaqları qopmuşdu” - namus yoxsa, şübhə?

Tarix 23.04.18, 2:15

Font ölçüsü : - / +
bitmap-img6


24 yaşında qatil olan şəxs ömrünün 18 ilini həbsdə keçirməli olacaq.

O, qətli namus üstündə törətdiyini desə də onun bu iddiasını təsdiqləyən olmadı. Bir uşaq atası olan təqsirləndirilən şəxs də qətli namus üstündə törətdiyini sübut edə bilmədi və cinayəti sadəcə ehtimala görə törətdiyini etiraf etdi. 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 24 yaşlı Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxundu və o, 18 il müddətinə azadlıqdan məhrum edildi.

Məcidov Azad Əli Ağa oğlu

Qətlin təfərrüatı...
Vüsal əməlini belə izah edib ki, hadisədən bir neçə gün əvvəl bibisi Yeganənin həyətlərində olan kirayəşinin evində görüb. Belə ki, kirayədə yaşayan Röyal adlı şəxsin ona 50 manat borcu olub. Pulunu almağa gedərkən bibisini Röyalın evində görüb: 

“Röyaldan pulumu almağa gedirdim. Bağlı qapı arxasında onları gördüm. Adamın ağlına min fikir gəlir. Mən artıq gördüyümü gördüm. Onun saçından tutub ağzına yumruqla vurdum. Sifəti qan idi. Onu çölə çıxaranda uşaqları və nənəmgil gəldi. Mən oradan getdim. Sonra onu öldürməyi fikirləşdim. Bu namus məsələsi idi. Səhər bibimin ərinin işə getməsini gözlədim”.

Anasının hazırladığı səhər yeməyini yedikdən sonra bibisinin evinə girərək onu balta ilə vurub. Vüsalın əlində olan baltadan evlərində ət doğramaq üçün istifadə edirmişlər.

Картинки по запросу balta ilə

Vüsal onu da deyib ki, atası Müşfiq öldükdən sonra bibisi onu atasının yerində görüb. O da bibisini öz namusu bilib. Belə bir hadisə olduğunda isə bunu özünə bağışlaya bilməyib. 

Məhkəmədə məlum olub ki, Vüsalın atası bir neçə il əvvəl naməlum şəxs tərəfindən Sumqayıtda qətlə yetirilib. 

Qətlin türkürpədən epizodu isə mərhum Yeganə baltalanarkən oğlu da onun yanında yatırmış. Vüsal belə bir cinayəti uşağın yanında törətməsinin səbəbini belə izah edib: “Mən elə bildim ki, Yeganənin yanında yatan nənəmdir. Əgər uşağın olduğunu bilsəydim, orda vurmazdım”.

Bildirək ki, Vüsal ilk zərbəni mərhumun baş nahiyyəsindən vurub. Daha sonra isə bədənin müxtəlif nahiyyələrinə zərbələr endirib. 

Zərbələrdən mərhumun əli və barmaqları qopub. Onu xəstəxanaya çatdırsalar da bir gün sonra dünyasını dəyişib.

Картинки по запросу balta ilə

“Yeganə çox namuslu qadın idi...”
Mərhumun əri Kamil İmamverdiyev hüquqi varis kimi dindirilib. O deyib ki, özü fəhlə işləyib və qətli törədən Vüsala da çox yaxşı olub. Dəfələrlə onu gündəlik işlərə apararaq pul qazanmasına kömək edib. 

Kamil İmamverdiyev bildirib ki, evlərinin birinci mərtəbəsində olan iki bir otaqlı evi kirayəyə veriblər. Pulu da həyat yoldaşı alırmış.

“Hadisədən bir gün qabaq evə gələndə Vüsalın Yeganəni döydüyünü eşitdim. Yeganə qaz qurtardığı üçün kirayədə yaşayan Röyaldan pul almağa gedib. Bu zaman da Vüsal gəlib onu döyüb. Mən Vüsaldan bunun səbəbini soruşmağa gedəndə Yeganə, anası və uşaqlarım qabağıma keçdilər. Xahiş elədilər, dedilər ki, Vüsalın əsəbləri yerində deyil. Səhər isə bu hadisə baş verdi. Vüsalın dedikləri yalandır. Yeganə çox namuslu qadın idi. Onu tanıyan hamı bunu bilir”- deyə mərhumun əri bildirib.

Похожее изображение

Anası gözünün önündə öldürülüb...
Hadisənin əsas şahidi, mərhumun Arzu Sevindikov da dindirib. O, anası qətlə yetirilən zaman hadisəyə şahidlik edib. 

A.Sevindikov deyib ki, bir müddət yuxu pozğunluğundan əziyyət çəkib. Həmin ərəfədə də anası ilə birlikdə qalırmış. O, hadisədən bir gün əvvəl olanları yuxarıda qeyd etdiyimiz kimi nəql edib. 

Qətlin törədilməsi ilə bağlı danışan A.Sevindikov bildirib ki, təxminən səhər 8 radələrində yatdıqları otağa girən Vüsal anidən anasına balta ilə zərbələr endirməyə başlayıb. 

“Məni titrətmə tutdu, bədənim əsməyə başaldı. Yerimdə donub qaldım. Heç nə edə bilmədim. Sonra nənəm gəldi”- deyə şahid bildirib. 

Картинки по запросу şahid məhkəmə

İş üzrə şahid qismində kirayəşin Röyal adlı şəxs də dindirilib. O da hadisənin baş vermə səbəbini digərləri kimi danışıb. Əlavə edib ki, mərhumla aralarında heç bir münasibət olmayıb. Röyal hazırda başqa bir ünvanda kirayədə yaşadığını söyləyib. 

Məhkəmədə mərhumun digər övladı, anası, qayınanası, Vüsalın ailə üzvləri də dindirilib. Onlar da mərhumla kirayəşin arasında hər hansı bir münasibətin olmasından xəbərsiz olduqlarını və Yeganə İmamverdiyevanı namuslu bir qadın kimi tanıdıqlarını deyiblər. 

Bütün bunların sonunda isə Vüsal əməlinə bu cür haqq qazandırmağa çalışıb. O deyib ki, bibisi ilə kirayəşin arasıdan hər hansı münasibət olduğunu görməyib, amma onları bir otaqda olduğunu görən zaman ağlına başqa fikirlər gəlib. Vüsal onu da etiraf edib ki, bibisini həmin evdə gördükdən sonra bu işi araşdırmağı düşünməyərək sadəcə onu öldürmək qərarına gəlib. 

Картинки по запросу evdə ölü

Hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən V.Şıxəliyev tutulub. 

V.Şıxəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilir.






Xəbərin oxunma sayı : 640




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap