Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Bandotdel“ qadını şantaj edərək külli miqdarda pulunu alan şəxsi həbs etdi

Tarix 06.06.17, 1:16

Font ölçüsü : - / +
bitmap-img6


Daxili işlər orqanları tərəfindən müxtəlif şəxslər barəsində guya rüsvayedici məlumatlar yayacağı adı altında onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs ifşa olunub

ARB TV xəbər verir ki, baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən və Ağcəbədi rayon sakini olan qadın əvvəldən tanıdığı Rakif adlı şəxsin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Rakif Quliyev həmin xanımdan 3000 ABŞ dolları alarkən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, R.Quliyev 2017-ci ilin yanvar ayından saxlanılan günə kimi eyni üsulla zərərçəkəndən müxtəlif vaxtlarda 2000 manat, 2 ədəd brilyant üzük, 1 ədəd brilyant kolye, 10 ədəd “Nikolay” qızıl onluq, 9 ədəd “Nikolay” qızıl 15-lik, 1 ədəd “Osmanlı” qızıl onluq, 1 ədəd qızıl 20-lik ABŞ dolları, 1 ədəd “Nizami Gəncəvi” qızıl külçəsi və 1 ədəd Avstriya qızıl külçəsi alıb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.











Xəbərin oxunma sayı : 190




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap