Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bandotdel”dən saxta araq sexinə basqın: ölümcül “Beluga”, “Stoliçnaya”, “Nemiroff” və digərləri...

Tarix 01.03.17, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“Respublikanın daxili işlər orqanları əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yasamal rayonu ərazisində keyfiyyətsiz və saxta spirtli içkilərin istehsal edilməsi barədə əməliyyat məlumatı daxil olub

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində fakt öz təsdiqini tapıb və Bakı şəhər sakini Nəsimi Əhmədovun həmyerlisi Fazil Hacıbalayevlə birlikdə yaratdıqları gizli sexdə saxta spirtli içkilər istehsal etdiyi müəyyən edilib.



Sexə baxış zamanı külli miqdarda saxta “Beluga”, “Stoliçnaya”, “Absolut”, “Nemiroff”, “Russkiy Standart”, “Moskovskaya”, “Russkiy Kalibr”, “Kremlin” “Banketnaya”, “Zolotoe Koltso” araqları, “Jack Daniels” və “Chivas regal” viskiləri, keyfiyyətsiz spirtin saxlanıldığı çənlər, eləcə də spirtli içkilərin qablaşdırılmasında istifadə olunan etiketlər, qapaqlar, həmçinin digər avadanlıqlar aşkar olunaraq götürülüb.



Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kustar üsulla hazırladıqları saxta spirtli içkilərin Bakı şəhəri və respublikanın rayonlarında satışını təşkil etmək istəyiblər.Baş İdarə əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində onların bu niyyətlərinin qarşısı alınıb.Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan spirtli içkilər keyfiyyətsiz və istifadəyə tam yararsızdır, bu səbəbdən insan sağlamlığına ciddi təhlükə yarada bilər. Toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.









Xəbərin oxunma sayı : 178




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap